2 mart tarixində Qanun Nəşrlər Evində yerləşən "M Teatr"da balaca qızlar üçün xüsusi hazırlanmış "Cəsur qızların kitabı"nın təqdimat mərasimi baş tutdu.
Tədbirdə kitabın tərtibçisi Lalə Rəhmanova və mətn yazarı Günel Natiq "Cəsur qızların kitabı"nın necə ərsəyə gəlməsindən danışdılar, kitabın balaca və yeniyetmə qızların həyatındakı əhəmiyyətli rolu mövsuzunda çıxış etdilər.
Həmçinin tədbirdə iştirak edən xanım qonaqlardan bir neçəsi çıxış edərək "Güclü qadın necə olmalıdır?" sualı ətrafında maraqlı fikirlər səsləndirdilər.
Qeyd edək ki, kitabın rəssamı Katya Klimovadır. Kitab bütün "Əli və Nino" mağazalar şəbəkəsində satışa təqdim edilib.