2 mart tarixində Qanun Nəşrlər Evində yerləşən "M Teatr"da  balaca qızlar üçün xüsusi hazırlanmış "Cəsur qızların kitabı"nın təqdimat mərasimi baş tutdu.

Tədbirdə kitabın tərtibçisi Lalə Rəhmanova və mətn yazarı Günel Natiq "Cəsur qızların kitabı"nın necə ərsəyə gəlməsindən danışdılar, kitabın balaca və yeniyetmə qızların həyatındakı əhəmiyyətli rolu mövsuzunda çıxış etdilər.

Həmçinin tədbirdə iştirak edən xanım qonaqlardan bir neçəsi çıxış edərək "Güclü qadın necə olmalıdır?" sualı ətrafında maraqlı fikirlər səsləndirdilər. 

Qeyd edək ki, kitabın rəssamı Katya Klimovadır. Kitab bütün "Əli və Nino" mağazalar şəbəkəsində satışa təqdim edilib. 

331518871_875708610327839_3501905735799861498_n.jpg 331308802_1192971981402339_4653260730351560411_n.jpg  331268118_773873540736838_5337174998563783426_n.jpg

 

 326853585_1466283307233282_1297693492926528864_n.jpg 334407605_1255130208773558_4211414611260463210_n.jpg 334426179_1888958644795374_3331639474357956325_n.jpg