Ваша корзина пуста

Dünyanın ən məşhur kofe növləri Alinino.az-da!

Dünyanın ən məşhur kofe növləri Alinino.az-da!

Qəhvə - qovrulmuş və üyüdülmüş qəhvə dənəciklərindən hazırlanmış isti içki növüdür. Bu içki dünyanın bir çox ölkələrində kofe adı ilə məşhurdur və tərkibində olan kofein sayəsində stimullaşdırıcı təsirə malikdir.

İlk dəfə qəhvə Həbəşistanın cənub qərbində yerləşən Qaffa bölgəsində aşkar olunmuşdur. Sonralar qəhvə Mərkəzi Ərəbistana gətirilir, Yəmənin cənub qərb hissəsində becərilir. Bu günə kimi də Yəmən dünayada ən böyük qəhvə istehsalçısıdır.

Hazırda dünayda 50-dən çox ölkədə qəhvə bitkisi növləri becərilir.

Qəhvənin hazırlanmasının Həbəşistan üsulu ən qədim üsul sayılır. Dənəciklər qovrulduqdan sonra üyüdülür. Üyüdülmüş qəhvə tozu su və qəndlə birlikdə qaynadılır və Yabana adlanan maye hazırlanır. Onu kiçik piyalədə içirlər.

Yohan Volfqanq Höte qəhvə dənəciklərini distilə etmək ideyasını verir. Bu ideyanı həyata keçirən zaman kimyaçı Fridlib Runq kofeini aşkar edir.

Tezliklə qəhvə Fars və Osmanlı İmperiyasına yayılır.

 

 

1517-ci ildə Yavuz Sultan Səlimin dövründə türk əsilli Özdəmir paşa Yəməndə içdiyi və çox sevdiyi qəhvəni İstanbula gətirmişdir. Hazırda Türk qəhvəsi də dünyada olduqca mühüm yerlərdən birini tutur. Türk qəhvəsi Cezve adlanan xüsusi qabda bişirilir, xüsusi ilə nəzərdə tutulmuş kiçik ölçülü, çini fincanlarda süfrəyə təqdim olunur.

 

Qahirəyə qəhvə ilk dəfə 1532-ci ildə gətirilimişdir. Paralel olaraq qəhvə Suriya və Kiçik Asiyaya da yayılır. Qəhvənin tətbiqi 1538-ci ildə Yəmənin işğalından sonra daha güclənir. 1554-cü ildə Osmanlı imperiyasında gedən çəkişmələrdən sonra Konstantinopolda qəhvə evi açılır. Buna baxmayaraq qəhvənin ölkədə rəsmi içki kimi qəbul edilməsi tanzimatın 1839-cu ildə apardığı islahatlara qədər davam etmişdir.

1573-cü ildə Almaniyalı həkim Leonard Rauvolf Aleppoda bu içkinin dadına baxır və 1582-ci ildə onun haqqında yazır. Başqa mənbələrə görə 1592-ci ildə Prospero Alpino tərəfindən qəhvə İtaliyaya gətirilir və beləliklə bu içki Avropaya qədəm qoyur.

1645-ci ildə Venedihdə, 1650-ci ildə Oksfordda və 1652-ci ildə Londonda qəhvə evləri mövcud idi. Fransada ilk dəfə qəhvə evi 1659-cu ildə tikilir. Vyanada qəhvə evi 1683-cü ildə türklərə qarşı müharibədə ələ keçirilmiş 500 kisə qəhvə qənimətindən sonra açılmışdır. Bu evi türklərin əsiri olmuş polşalı Georg Kolşitçki təşkil etmişdir. Almaniyada qəhvə Fransadan gətirilir və ilk dəfə olaraq 1673-cü ildə Bremendə qəhvə evi təşkil olunur. Az keçməmiş bu bütün Almaniyanı bürüyür və XVII əsrin sonu böyük şəhərlərin əksəriyyətində qəhvə evləri fəaliyyət göstərirdi.

1899-cu ildə isveçrə kimyaçısı Maks Morqentaller qəhvə tozunu düzəldir. Həll olan qəhvə XX əsrin 40-cı illərindən başlayaraq geniş yayılır.

 

Hazırda dünyada kofe haqda yüzlərlə kitab yazılır, sənədli filmlər çəkilir, kofe istehsalçıları yüzlərlə fərqli çeşiddə kofe növlərini istehsal edərək satışa təqdim edirlər.

Son illərdə Azərbaycanda beynəlxalq brendlərin qəhvəxanaları açılandan sonra qəhvə xüsusən gənclər arasında dəbdə olan içkiyə çevrilib. Çoxları bir dəfə dəmlənmiş dənəvər qəhvənin dadına baxandan sonra onun həvəskarına çevrilir, bəziləri isə evdə də belə qəhvə içmək imkanı əldə etmək istəyirlər.

 

Qəhvənin növləri

Qəhvə içkisi hazırlamaq üçün təbii qəhvə dənələrindən, üyüdülmüş təbii qəhvədən, tez hallanan qəhvə konsentratından və müxtəlif qəhvə içkilərindən istifadə olunur. Qəhvə içkiləri 3 əsas qrupa ayrılır:

  • Tərkibində 5-35% təbii qəhvə olan içkilər.
  • Kasnı bitkisinin kökü əlavə edilmiş içkilər.
  • Tərkibində təbii qəhvə və kasnı bitkisi olmayan içkilər.

 

 

Ev şəraitində qəhvə içkisi hazırlamaq üçün çiy qəhvə dənələri istifadə olunmamalıdır. Ona görə də, qəhvə dənələri əvvəlcə qovrulur, sonra isə elektrik dəyirmanında üyüdülür. Bunun üçün ev şəraitində qəhvə dənələrini tavaya 2-3 sm qalınlığında yayıb tünd qəhvəyi rəng və özünəməxsus ətir kəsb edənə kimi qovururlar. Qovurulduqda qəhvə dənələrinin kütləsi 16-18% azalır, həcmi isə zülali maddələrin şişməsi hesabına artır. Qəhvə dənələri istifadə olunduqca tədricən üyüdülməlidir. Bu zaman daha keyfiyyətli qəhvə içkisi alınır. Qeyd edək ki, hal-hazırda qəhvə tozu üyüdülmüş, hazır qablarda satışa buraxılır.

Təbii qəhvədən şərqsayağı qəhvə, qara qəhvəsüd və ya qaymaqla qəhvə, südlə bişirilmiş qəhvə, qatılaşdırılmış südlə qəhvə və digər içkilər hazırlanır.

 

    

Qəhvənin hazırlanma üsulları və növləri:

  • Şərq üsulu kofe- cezve (türk) adlandırılan qabda hazırlanır. Hazırlanmasında tez-tez hill, darçın və başqa ədviyyatlardan istifadə olunur.
  • Türk qəhvəsi, yalnız Türklər tərəfindən hazırlanan, özünə xas bişirmə və təqdim etmə şəkli olan qəhvə növüdür. Türk qəhvəsi deyilincə ağla ilk gələnlər köpük, telvə (türklər qəhvənin dibində qalan çöküntüyə telve deyirlər), cezve (qəhvədan) və fincandır.
  • French Presshazırlanan. Frenç Press xüsusi kolbadır. Adətən şüşə və ya metal termos formasında olur. Hansında ki, ələklə porşen içkini qəhvə çöküntüsündən ayırır.
  • Geyzer tipli qəhvədan(həmçinin neopolitan üsulu qəhvə). Geyzer tipli qəhvədanı, və ya moka, üç hissədən ibarətdir: alta su doldurulur, hansı ki, sonradan 1,5 atm təzyiq altında buxara çevrilir. Buxar sonradan yuxarı dar kanal üzrə qalxır və orta hissəyə tökülmüş üyüdülmüş qəhvədən keçir. Yuxarı hissəyə artıq hazır içki qalxır.
  • Espresso- xüsusi espresso maşınının köməyi ilə alınır.
  • Mırra - Türkiyənin Şanlıurfa bölgəsinə məxsus bir qəhvə növüdür. Bu qəhvə bir neçə dəfə dəmlənərək hazırlanır.
  • Mocha (Mokka) - Yəməndə hazırlanan bir qəhvə növüdür. Bu qəhvə Latte-yə şokolad tozu və şəkər əlavə etməklə hazırlanır.
  • Americano (Amerikano) - Amerikano Espressonun üzərinə biraz qaynar su əlavə edərək hazırlanır.
  • Doppio (Dopyo) - Amerikanodan daha da sərt olan bir qəhvə növüdür.
  • Cappuccino(Kapuçino) - Espressonun üzərinə qaynar süd və süd köpüyü əlavə edərək hazırlanır.
  • Latte - Espressonun üzərinə buxarlandırılmış süt əlavə edilir.
  • Macchiato ( Makiyato ) - Espressonun üzərinə qatılaşdırılmış süd və süd köpüyü əlavə etməklə hazırlanır. Bəzi barmenlər bu süt köpüyü üzərində müxtəlif rəsmlər çəkə bilirlər.
  • Affoqato- dondurmalı qəhvə.

 

 

Qəhvə süfrəsi

Qara qəhvə tutumu 75–100 ml olan qəhvə fincanlarında və yaxud çini qəhvədanda süfrəyə verilir. Əgər süd və ya qaymaqla qəhvə verilirsə, onda 200 ml tutumlu fincanlardan istifadə edilir. Fincana 150 ml qəhvə, 50 ml süd və ya qaymaq tökülür.

 

Qəhvədana qəhvə 2–4 fincanlıq tökülür. Bu zaman qəhvədan əvvəlcə qaynanmış su ilə yaxalanmalıdır. Əgər qəhvə 100–mm-lik fincanda verilirsə, onda nəlbəkiyə qəhvə qaşığı qoyulur. Qəhvə fincanının əltutan yeri sol tərəfdə, qaşıq isə sağ tərəfdə olmalıdır. Bir neçə nəfərə xidmət etdikdə qəhvə fincanları podnosda gətirilir və qonağın sağ tərəfinə yaxınlaşıb ona qəhvə təklif edilir və yaxud qonağın sağ tərəfindən yaxınlaşıb süfrəyə qoyulur. Qəhvə yanında yalnız tikə qənd verilməlidir.

 

Kütləvi sürətdə qəhvə hazırladıqda süd və şəkər birbaşa içkiyə qatılır. Süd və qaymaqla qəhvə tutumu 200 ml olan stəkanlarda da verilə bilər. Şərqsayağı qəhvə isə hazırlandığı xüsusi qazançada süfrəyə verilir və süzülmədən fincanlara tökülür.

Qara qəhvə yanında soyuq qaynadılmış su da verilir. Qəhvə yanında konyak və likor verilə bilər.

Bəzən qəhvə stoluna süfrə salınmır. Hər qonağın qabağına kiçik rəngli dəsmal qoyulur, onun üstünə qəhvə fincanı, sol tərəfə desert boşqab və qəhvə dəsti qoyulur. Fincanın arxasına konyak və ya likor üçün qədəh qoyulur. Stolun ortasında vazada tort, pirojna, qovrulmuş fındıq və ya badam qoyulur.

 

 

Azərbaycanda yaxşı qəhvəni haradan almaq olar?

Dünyada ilk qəhvə mağazası (cofee shop) Konstantinopolda olub. Avropaya isə bu mədəniyyət Vyanadan yayılıb. Ümumiyyətlə dünyaya qəhvə ixrac edən, yayan ərəblər olub. Azərbaycanda isə qəhvə mədəniyyəti demək olar ki, son 10 ildə yaranıb.

Bəzi mütəxəssislərin fikrincə qəhvə içmək hal-hazırda bir dəb halını alıb. Müşahidələrimiz onu göstərir ki, qəhvə içən gənclərin sayı əvvəlki vaxtlara baxanda xeyli artıb.

Azərbaycanda yüksək keyfiyyətli, xalis qəhvə dənələrindən üyüdülərək hazırlanmış kofe növlərini www.alinino.az saytından əldə etmək mümkündür. Dünyanın ən məşhur və ən keyfiyyətli qəhvə marakalarından hesab edilən Lavazza, İlly, Kurukahveci MEHMET EFENDİ, Cafe Creme, Jacobs, Carte Noire, Jardin, Nestle Nescafe kimi markalarının müxtəlif çeşidli kofelərini Alinino.az saytından sərfəli qiymətlə əldə etmək olar. www.alinino.az Azərbaycanın bütün istiqamətinə (Naxçıvan MR, Bakı, Sumqayıt, Lənkaran, Qarabağ, Şəki, Gəncə, Şəmkir, Qazax və digər bütün bölgələr daxil), həmçinin dünyanın hər yerinə, bütün xarici ölkələrə də sürətli və operativ çatdırılma edir.

 

     

 

www.alinino.az saytında qəhvənin Espresso, Americano, Latte və digər növlərini tapmaq mümkündür. Bakı daxilində çatdırılma 24 saat ərzində həyata keçirilir.

20.04.2021
Купить в один клик (Только для заказов по Баку)