Qəhvə və Kakao
Qara qəhvə tutumu 75–100 ml olan qəhvə fincanlarında və yaxud çini qəhvədanda süfrəyə verilir. Əgər süd və ya qaymaqla qəhvə verilirsə, onda 200 ml tutumlu fincanlardan istifadə edilir. Fincana 150 ml qəhvə, 50 ml süd və ya qaymaq tökülür.
Qəhvədana qəhvə 2–4 fincanlıq tökülür. Bu zaman qəhvədan əvvəlcə qaynanmış su ilə yaxalanmalıdır. Əgər qəhvə 100–mm-lik fincanda verilirsə, onda nəlbəkiyə qəhvə qaşığı qoyulur. Qəhvə fincanının əltutan yeri sol tərəfdə, qaşıq isə sağ tərəfdə olmalıdır. Bir neçə nəfərə xidmət etdikdə qəhvə fincanları podnosda gətirilir və qonağın sağ tərəfinə yaxınlaşıb ona qəhvə təklif edilir və yaxud qonağın sağ tərəfindən yaxınlaşıb süfrəyə qoyulur. Qəhvə yanında yalnız tikə qənd verilməlidir.
Kütləvi sürətdə qəhvə hazırladıqda süd və şəkər birbaşa içkiyə qatılır. Süd və qaymaqla qəhvə tutumu 200 ml olan stəkanlarda da verilə bilər. Şərqsayağı qəhvə isə hazırlandığı xüsusi qazançada süfrəyə verilir və süzülmədən fincanlara tökülür.
Qara qəhvə yanında soyuq qaynadılmış su da verilir. Qəhvə yanında konyak və likor verilə bilər.
Bəzən qəhvə stoluna süfrə salınmır. Hər qonağın qabağına kiçik rəngli dəsmal qoyulur, onun üstünə qəhvə fincanı, sol tərəfə desert boşqab və qəhvə dəsti qoyulur. Fincanın arxasına konyak və ya likor üçün qədəh qoyulur. Stolun ortasında vazada tort, pirojna, qovrulmuş fındıq və ya badam qoyulur.
Dünyada ilk qəhvə mağazası (cofee shop) Konstantinopolda olub. Avropaya isə bu mədəniyyət Vyanadan yayılıb. Ümumiyyətlə dünyaya qəhvə ixrac edən, yayan ərəblər olub. Azərbaycanda isə qəhvə mədəniyyəti demək olar ki, son 10 ildə yaranıb.
Bəzi mütəxəssislərin fikrincə qəhvə içmək hal-hazırda bir dəb halını alıb. Müşahidələrimiz onu göstərir ki, qəhvə içən gənclərin sayı əvvəlki vaxtlara baxanda xeyli artıb.
Azərbaycanda yüksək keyfiyyətli, xalis qəhvə dənələrindən üyüdülərək hazırlanmış kofe növlərini www.alinino.az saytından əldə etmək mümkündür. Dünyanın ən məşhur və ən keyfiyyətli qəhvə marakalarından hesab edilən Lavazza, İlly, Kurukahveci MEHMET EFENDİ, Cafe Creme, Jacobs, Carte Noire, Jardin, Nestle Nescafe kimi markalarının müxtəlif çeşidli kofelərini Alinino.az saytından sərfəli qiymətlə əldə etmək olar. www.alinino.az Azərbaycanın bütün istiqamətinə (Naxçıvan MR, Bakı, Sumqayıt, Lənkaran, Qarabağ, Şəki, Gəncə, Şəmkir, Qazax və digər bütün bölgələr daxil), həmçinin dünyanın hər yerinə, bütün xarici ölkələrə də sürətli və operativ çatdırılma edir.
www.alinino.az saytında qəhvənin Espresso, Americano, Latte və digər növlərini tapmaq mümkündür. Bakı daxilində çatdırılma 24 saat ərzində həyata keçirilir.