Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина

Kosmetika və parfümeriya məhsulları Alinino.az saytında!

Hər bir qadına təbiət tərəfindən özünəməxsus formada gözəllik bəxş edilmişdir. Lakin bu gözəlliyi qoruyub-saxlamaq, ona daha çox gözəllik çalarları qatmaq üçün xanımlar müxtəlif kosmetik vasitələrə müraciət edirlər. Bəs makiyaj edərkən başlıca olaraq hansı cəhətlərə diqqət yetirməliyik? Doğru makiyajın sirrləri nədir? Gəlin, bir qədər araşdıraq.

 

Kosmetik vasitələrdən düzgün istifadə qaydaları:

Qadınlar makiyajdan istifadə edərkən kiçik hiylələrlə qüsürlarını yaxşı formaya sala bilərlər. Amma bunula yanşı gərək kosmetik vasitələrdən düzgün istifadə edilsin. Cünki doğru makiyaj insanı yaşından cavan, yanlış makiyaj isə cavan insanı yaşlı və qulluqsuz göstərə bilər.


 

Pudranı və tonal kremi hər yerə sürtmək +5 yaş
Bu məhsulları üzün hər yerinə sürtmək dərinin rəngini, görünüşünü pisləşdirir. Bu, insanı ən azı 5 yaş yaşlı göstərir. Daha yaxşı olar ki, onları burnunuza, az miqdarda yanaqlara və göz ətrafına vurasınız.

 

Nəm pudra -5 yaş
Yaş pudralar dəriyə canlı görüntü verir. Çünki bu, üzdə olan piqmentləri daha yaxşı örtür. Nəticə 5 yaş cavan görünüş.


 

Ənlikdən istifadə +8 yaş
Qəhvəyi rəngli ənliklərdən çox istifadə üzə sərt və soyuq ifadə verir.

 

Doğru ton -4 yaş
Dərinizin rəngindən yarım ton açıq tonal krem seçin. Ən yaxşısı bej rəngidir.



Parıltılı cild +6 yaş
35 yaşdan sonra dəridəki təbii parlaqlıq tədricən itməyə başlayır. Dərinin işıltısını qaytarmaq heç də bütün parıltılı kosmetik vasitələrdən istifadə etməyə əsas vermir.

 



Fırça -8 yaş
Tonal kremi fırça, süngər ilə sürtməyə çalışın. Bu hiylədən hətta makiyaj ustaları da istifadə edirlər. Bu, pudradan çox istifadənin qarşısını alır və üzdəki ləkələri, izləri daha yaxşı örtür. Fırça həm də pudranın bir yerdə topalaşmasının qarşısını alır.

 



 

Qatı dodaq boyası +5 yaş
Qatı dodaq boyası dodağın parıltısını öldürür və dodaqları nazik göstərir. Tünd rəngli «pomada» qadını yaşından ən azı 5 yaş böyük göstərə bilər.

Parlaq rənglər -3 yaş
Xüsusilə 35 yaşdan sonra nisbətən parlaq rəngli və yumşaq rəngli sulu dodaq boyasından istifadə edin. Bu, dodağa təbii parlaqlıq və həcm verəcək. Nəticə isə daha cavan görünüş olacaq.

Canlı baxış -2 yaş
Göz ətrafında olan bəzi tünd halqalar diskomfort və yaşlı görüntü yarada bilər. Bunun çarəsi pudradır. Açıq rəngli kosmetik vasitəni fırça ilə yüngülcə göz ətrafına sürtün. Halqalar ortadan qalxacaq və üz iki yaş cavan təsiri bağışlayacaq.


Doğru tuş -5 yaş
Həcm verən tuşlar əvəzində kirpikləri daha uzun göstərəcək və buracaq tuşlara üstünlük verin. Bu, canlı və gözəl baxışlara zəmanət verəcək.

 



Ten -5 yaş
Qaşın altından çəkilən şampan rəngli bir az parlaq ten gözlərə təbii işıq verir.



Pastel rənglər +5 yaş
Bütün pastel rəngli tenlər baxışlardakı mənanı itirir. Kirpik və qaşlar «yazıq» forması alır.

 

 

Kosmetik vasitələri necə saxlamalı?

 

Makiyaj vasitələri qadınların ən önəmli əşyalarından biridir. Kosmetik vasitələrdən düzgün istifadə etmək zəruri olduğu kimi, onların mühafizə qaydalarını bilmək də vacibdir. Gözəl görünmək üçün kosmetik məhsullara yüksək məbləğlər ödəyir, əvəzində inanılmaz möcüzələr gözləyirik. İstəklərimizin reallaşması üçün kosmetik vasitələrə yaxşı baxmaq lazımdır. Düzgün şəraitdə saxlanılmadığı halda yararsız hala düşürlər. Çox bahalı krem rəngini dəyişə, tuş quruya, yaxud da parfum qoxusunu itirə bilər. 

 

 



Tonal krem 
Tonal kremi 1 ildən çox istifadə etməyin. Uzun müddət qalan tonal kremin qoxusu dəyişir, üst təbəqəsi yağlanır. Korlanan tonal kremin bir növlüyü pozulur və ələ çəkən zaman əvvəlcə yağı, daha sonra rəngi gəlir. Tərkibi parçalanmış tonal kremi dərhal atmalısınız. Tonal kremləri günəş işığı düşməyən, eyni zamanda sərin yerdə saxlamaq lazımdır.

 

 


Tuş
Tuş digər kosmetik məhsullarla müqayisədə ən tez xarab olanıdır. Tuşun xarab olduğunu müəyyənləşdirmək çox asandır. Tuşu iyləyin. Əgər çox pis qoxu gəlirsə, deməli yarasız hala düşüb. Xarab olan tuşun qoxusu dərhal dəyişir, həm də quruyur. Tuşun gec quruması üçün içinə bir-iki damcı hind qozu yağı, yaxud badam yağı əlavə edə bilərsiniz. Tuşu otaq temperaturunda saxlamaq lazımdır.

 

 

 

 


Göz qələmi
Bəzi göz qələmlərinin tərkibi yumşaq olur. Bu cür qələmlər isti havalarda daha da yumşalır. Onları çərtdikcə qırılır, yaxud da gözə çəkmək çətinləşir. Yumşaq uclu göz qələmini istifadə etməzdən əvvəl soyuducuda 5-10 dəqiqə saxlayın. Soyuducuda qalan göz qələmi möhkəmləndiyi üçün çəkmək rahat olacaq.


Göz qələmi kimi dodaq qələmini də soyuducuda saxlaya bilərsiniz.

 

 

 

 



Pomada
Pomadalar ən gec korlanan kosmetikadır. Lakin isti hava şəraiti onları yararsız hala salır. İstidən əriyib yumşalan pomadanı çəkmək olmur. Dodaq boyalarını da sərin yerdə saxlayın. İstidə qalan dodaq boyasını çəkməzdən əvvəl soyuducuya qoyub bərkiməsini gözləyin.

 

 

 

 



Ənlik, göz kölgəsi, kirşan
Toz şəklində olan kosmetik məhsullar adətən korlanmır və tərkibi dəyişmir. Lakin onlar bayatlaşa bilərlər. Bu məhsulları 2 ildən artıq istifadə etmək olmaz.

 

Maye halında olan məhsulların ömrü daha azdır. Bu məhsulların bir müddət sonra yağı ayrılıb üstə çıxır. Maye halında olan ənliyi 6 aydan 1 ilə qədər istifadə edə bilərsiniz. Günəşdən uzaq yerdə saxlayın.

 

 

 

 



Dırnaq boyası
Dırnaq boyası lap tez korlanır. İsti yerdə uzun müddət qalan, ağzı yaxşı bağlanmamış dırnaq boyaları tez quruyur. Bu cür dırnaq boyasını isə istifadə etmək mümkün deyil. İçinə aseton əlavə edə bilərsiniz. Bu üsulla dırnaq boyalarının ömrünü uzada bilərsiniz.

 

 

 

 



Kremlər
Məhsulların son istifadə tarixinə baxmağı unutmayın. Rəngi, tərkibi, qoxusu dəyişən kremləri qətiyyən istifadə etməyin. Kremləri ən çox 24 ay istifadə etmək olar. Kremlərin faydasını görə bilmək üçün soyuducuya qoyun. Bu üsulla kremdən gözlədiyiniz təsiri daha tez əldə edə bilərsiniz.


Heç bir məhsulun ağzını açıq qoymayın. Əks halda, hava dolub bakteriyanın yaranmasına səbəb olacaq.

 

 

 

 



Parfum
Parfumları düzgün şəraitdə saxlasanız, 1 ilə qədər istifadə etmək olar. Gün işığı və hava ilə təmas parfumları korlayır. İstifadə etdikdən sonra parfumun qapağını bağlayın və mümkünsə qutuda saxlayın. Parfumu soyuducuda saxlamaq olmaz.

 

 

 

 

 

 

 

Azərbaycanda keyfiyyətli kosmetikanı sərfəli qiymətlə haradan əldə etmək olar?

 

“Azərbaycanda keyfiyyətli kosmetikanı sərfəli qiymətlə haradan əldə etmək olar?” - qadınların ən çox verdiyi suallardan biri budur. 

Azərbaycanda gözəlliyinin və dərisinin qayğısına qalmağı sevən qadınlar ən çox dəriyə qulluq vasitələri, bədənə qulluq, saçlara qulluq və keyfiyyətli makiyaj məhsulları onlayn qaydada sifariş verirlər.

Bəs Azərbaycanda, Bakıda keyfiyyətli kosmetikanı sərfəli qiymətlə haradan əldə etmək olar?

Xanımlar sərfəli qiymətlə kosmetika məhsullarını – göz üçün tuşlar, üz üçün kremlər, maskalar, şampunlar, makiyaj məhsulları, ətirlər, pomadalar və s. – Alinino.az saytından əldə etməyə üstünlük verirlər.

Bunun əsas səbəbi odur ki, Alinino.az saytında xanımların axtardığı bütün kosmetika və parfümeriya vasitələri var. Həmçinin, Alinino.az saytında çatdırılma sürəti, məhsulların zədəsiz, olduğu halda müştəriyə çatdırılması prinsipləri hər zaman yüksəkdə tutulur. Saytda Tony Moly, Eyenlip, Nivea, Chanel, Trussardi, Calvin Klein , Fendi, Christian Dior, Dolce Gabbana, Giorgio Armani, Bvlgari, Versace və s. kimi dünyanın ən məşhur brendlərinin kosmetika və parfümeriya məhsulları var.

Qadınlarımızın Alinino.az onlayn kosmetika sifarişinə can atmasının digər səbəbi isə təbii ki, məhsulların qiymətidir. Ölkəmizdə satılan bir çox xarici makiyaj kosmetika məhsulları ilə müqayisədə Alinino.az saytındakı qiymətlər olduqca sərfəlidir.

Onlayn alış-verişi sevən xanımlarımız kosmetika məhsullarının Azərbaycandakı qiymətlərini müqayisə etdikdə, haqlı olaraq daha səfrəli olan qiymətlərə üz tuturlar. Üstəlik, xanımlarımız onlayn şəkildə Alinino.az saytından sifariş etdikdə çatdırılmanın sürətli və operativ olacağından əmin olurlar.

Xanımların kosmetika və parfümeriya məhsullarını Alinino.az saytından sifariş etməklərində əsas səbəblərdən biri də saytın bütün Azərbaycan ərazisində çatdırılmanı uğurla həyata keçirməsidir. Həm Bakı şəhəri daxilində yaşayan qadınlar, həm də Azərbaycanın bütün rayonlarında yaşayan xanımlar onlayn qaydada istədikləri kosmetika, makiyaj və parfümeriya vasitələrini ən qısa zamanda qapılarında təhvil ala bilərlər.

Bəs qadınlarımız Alinino.az saytından hansı kosmetika vasitələrini sifariş edə bilər? 

Alinino.az saytında kosmetika, parfümeriya və şəxsi baxım vasitələrinin yerləşdiyi xüsusi və olduqca bol çeşidli bölmə var. (tıklayaraq keçid edin!) Bu bölmədən siz kiprikləriniz üçün tuş, dodaqlarınız üçün pomada və ya dodaq yağları, dərinizə qulluq üçün nəmləndirici kremlər, pudralar, üz baxımı məhsulları, ələ qulluq məhsulları, makiyaj təmizləyiciləri, ən məşhur parfümləri rahatlıqla, özü də çox sərfəli qiymətə ala bilərsiniz.

 

              

 

 

Bundan əlavə, gözəlliyinizə gözəllik qatmaq üçün ənliklər, qələmlər, pudralar, tonal kremlər,dodaq karandaşları, dırnaq boyaları, sürmələr və s. kimi makiyaj məhsullarını da Alinino.az saytından ucuz qiymətə sifariş edə bilərsiniz.