Avqustun 5-də "Əli və Nino" mağazalar şəbəkəsinin Park Bulvar AVM-də yerləşən filialında "Əli və Nino", Park Bulvar AVM və Həvəskar Astronomlar Cəmiyyəti ilə birgə olduqca maraqlı tədbir baş tutdu.

 

Uşaqlar və böyüklər üçün ayı və ulduzları pulsuz izləmək imkanı yaradıldı. Uşaqlar peşəkar teleskoplar vasitəsilə ayı və ulduzları yaxından izlədilər. 

   

Tədbirdə nümayiş etdirilən və iştirakçıların ayı izlədikləri Teleskop Visionking 60700 tədbirdə iştirak edənlərin böyük diqqətini cəlb etdi. Həmçinin, Teleskop Visionking 20x60x60Teleskop Visionking 25-75x70 modelləri də nümayiş etdirildi.

Bununla yanaşı tədbir çərçivəsində iştırakçılar kosmosla bağlı yüzlərlə kitabla yaxından tanış olub əldə etmək imkanı qazandı.