Uşaqlıq illərimizin ən sevimli obrazları- Pippi, Karlson, Emil... Bu personajları bizimlə tanış edən sevimli kitablarımız...

Bu gün bu macəra dolu bu dünyanı bizə bəxş edən İsveç yazıçısı Astrid Lindqrenin 112 yaşı tamam olur!  O, 1907-ci il, noyabrın 14-də dünayaya göz açmışdır.

(sifariş üçün fotoya tıklayın)

        

 

Uşaqlıq illərindən yaxşı təhsil almasına, bir neçə xarici dil öyrənməsinə baxmayaraq, ailə qurduqdan sonra özünü evdarlığa, uşaqlara həsr etmək qərarına gəlir. Vaxtını yerli jurnallar üçün məzəli əhvalatlar yazmağa sərf edən Astrid Lindqren bununla da öz yaradıcılığının əsasını qoymuş olur.

Lindqren xatirələrində qeyd edirdi ki, onun ən məşhur macəra kitabları olan “Uzuncorab Pippi” əsəri məhz Astridin balaca qızı Karinin sayəsində ərsəyə gəlib. Bu adı Kari öz körpə təxəyyülünün məhsulu olaraq tapmışdı. Lakin bu əsər onun anasına dünya şöhrəti qazandıra bilir.

(sifariş üçün fotoya tıklayın)

       

Lindqrenin əsərlərinin əhəmiyyətli cəhəti ondan ibarətdir ki, onun romanlarında uşaq tərbiyəsinə xüsusi önəm verilir və yeni xüsusiyyətlər təsvir edilir.

Uşaq ədəbiyyatına verdiyi töhvələr onun yeni iş təklifləri almasına səbəb olur və Astrid Lindqren 1945-ci ildən başlayaraq yerli nəşriyyatlardan birində uşaq ədəbiyyatı üzrə redaktor vəzivəsində çalışmağa başlayır və burada xeyli kitabı çapdan çıxır.

(sifariş üçün fotoya tıklayın)

Astrid Lindqrenin macəra və həyəcan dolu əsərlərinə kinemotoqrafçılar və teatrlar da biganə qalmır. Belə ki onun əsərləri İsveç, Avropa, Skandinaviya ölkələrində dəfələrlə səhnələşdirilir, 20-dən çox film çəkilir.

Bu gün  macərapərəst uşaqlarla birgə bütün dünya Astrid Lindqrenin 112 illiyini yüksək coşğu və qürurla qeyd edir.

 

 

Astrid Lindqrenin bütün kitablarına BURADAN BAXIN

Kitabları "Əli və Nino" kitab mağazaları və www.alinino.az saytından əldə edə bilərsiniz. 

 

Müəllif:  Lalə Rəhmanova