Kitabda yer alan “Böyük bacı, balaca qardaş”, “Albalı ağacı altında”, “gəlinciklə oynamaq istəməyən prinsessa”, “Gül bala”, “Pele evdən köçür” və digər hekayələr oxucuları gülməyə, arzu etməyə, qəmlənməyə, düşünməyə vadar edir. Astrid Lindqren öz yaradıcılığında uşaqlarda mövcud dəyərlərə maraq oyatmaq, onlara tənqidi yanaşmaqla bərabər, həyatda rast gələ biləcəkləri çətinliklərə qarşı qorxunun dəf edilməsinin gərəkli olduğunu bədii şəkildə ifadə etməyə çalışmışdır. Əsərlərində uşaqlar aləmini məharətlə qələmə alan Astrid Lindqren onları reallıqlarla bəzənmiş nağıllar aləminə aparır, orada əyləndirdikdən sonra yenidən müasir həyata qaytarır. Onun yazı üslubunun üstün cəhəti ondan ibarətdir ki, hadisələr uşaqlar ətrafında cərəyan edir və onlar əsas qəhrəman kimi hadisələrin gedişini müəyyənləşdirirlər. Astrid Lindqren fəlsəfəsi ümumilikdə uşaqların sosial təkamülünə təkan verir.
Astrid Lindqren 1907-ci ildə İsveçin cənubunda yerləşən Smaland vilayətində anadan olmuşdur. Astrid uşaq ikən valideynlərinin ona verdiyi azadlıqdan istifadə edərək xoşbəxt həyat yaşamışdır. Kənddə keçən uşaqlığı onun sonralar yazdığı uşaq hekayələrinin mərkəzi sütununu təşkil etmişdir. “Uzuncorab Pippi”, “Damda yaşayan Karlson” kimi kitablarla uşaqların rəğbətini qazanmış müəllif digər mövzularda da onlarca hekayə yazmışdır.
ISBN:
2000028767969
Janr:
Uşaq ədəbiyyatı
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Astrid Lindqren
Səhifə sayı:
136
Dil:
Azərbaycan
Seriya:
Dünya Uşaq Ədəbiyyatı
Метка:
Ekspress
Məhsul haqqında rəylər 3
Astrid Lindqren ən maraqlı heyayyələri toplanıb bu kitaba. Bizdə nəvələrimizə almışıq maraqla oxuyurlar.
Mən öz uşaqlarıma kitab almaq istəyəndə ilk gəzdiyim unvan siz olursunuz. Kitablarınızın uşaqlara tam uyğun olduğunu düşünürəm.
Lindgrenin əsərləri insanların bir-biri ilə olan əlaqələrini, dostluğu və sevgini vurğular. Onun əsərləri insanın ən yaxşı hisslərini qaldırır. Hər bir əsəri mükəmməldir.
Bənzər məhsullar
Bununla birlikdə alırlar