Artıq mağazalarımızda LEGO brendindən başqa, heç də keyfiyyət baxımından ondan geri qalmayan Sluban brendinin geniş modellərinə rast gəlirik.

Sluban Avropada 2006-cı ildən etibarən bir sıra konstruktor brendləri ilə bərabər satış bazarında özünəməxsus yer tutmağa başlayıb. O,  oğlan və qızlar üçün müxtəlif dizaynda və geniş çeşiddə  seriyalar hazırlayıb.

Sluban konstrukturlarının mövzuları digər konstruktorlardan müxtəlifliyi və çeşid çoxluğu ilə fərqlənir. Bu konstrukturlar əsasən 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulmuşdur və uşaqların ilkin hərəkət bacarıqlarının inkişaf etdirilməsində rolu böyükdür.

images.png

Sluban konstukturlarının ən məşhur və ən çox sevilən modelləri aşağıdakılardır:

1)  Model Bricksbu seriya əsasən az yaşlı oğlanlar üçün nəzərdə tutulmuşdur. Bu seriyada nəqliyyat vasitələrinə daha çox üstünlük verilib – avtomobillər, gəmilər, təyyarələr, avtobuslar.

2)  Model Armybu seriya öz xüsusiliyi ilə LEGO brendinin seriyalarından seçilir, çünki, Army seriyası sadəcə Sluban brendinə məxsusudur.

Bu seriyanın uşaqların vətənpərvərliklə bağlı ilkin anlayışlarının inkişaf etdirilməsində rolu böyükdür.

3)  World War II Sluban brendinin bu seriyası İkinci Dünya Müharibəsi ilə əlaqələndirilmişdir və bu seriyada İkinci Dünya Müharibəsi zamanı istifadə edilən hərbi texnikaların mini fiqurlarını görmək olar.

4)  Girls Dreambu seriyada qızlar üçün müxtəlif şahzadələr, pərilər, qalalar və digər yüzlərlə əyləncəli fiqurlar sizi gözləyir.

5)  Town bu seriya həm LEGO, həm də Sluban brendlərində mövcud olması ilə xüsusilik təşkil edir. Bu seriyada park, yanğınsöndürən stansiya, təmir emalatxanası və s. məkanların modelləri yer alır.

Adları çəkilən bu seriyalardan əlavə Fire, Police kimi məşhur seriyaları da vardır.

Sluban digər konstruktorlardan istehlak qiymətlərinin nisbətən aşağı olması ilə fərqlənir. Bu da onu LEGO brendinin konsturkturlarından fərqləndirən əsas cəhətdir. Lakin keyfiyyət və davamlılıq baxımından Sluban konstruturları LEGO brendinin konstrukturlarından heç də geri qalmır.

Münasib qiymət və yüksək keyfiyyətə sahib olan Slubanı artıq daha çox alıcı kütləsi tanımağa başlamışdır. Əsas üstünlük LEGO konstruktorlarında olmayan Army seriyasının konsturktularının payına düşür.

Bu cür geniş çeşid imkanlarına, müxtəlif dizaynlara, uşaqların əyləncə və maraq dairəsinə sahib olan Sluban brendinin konstrukturları artıq uzun zamandır ki, Azərbaycanda da satışa təqdim olunur.

Azərbaycanda, Bakıda Sluban konstruktorlarının geniş çeşidini (City, Girls dream, TİTANİC, Model Brics, WWII, ARMY və s.) Ali və Nino mağazalar şəbəkəsindən, həmçinin www.alinino.az saytından sərfəli qiymətlə, sifarişlə əldə edə bilərsiniz.

www.alinino.az saytından sifariş edən zaman məhsullara tətbiq olunmuş xüsusi endirimli qiymətlərdən yararlana və həmçinin istənilən məsafəyə güzəştli çatdırılma şərtlərindən istifadə edə bilərsiniz.