Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина

Dünyanı şəfalandıran qadın Luiza Hey əslində kimdir?

5 yaşında qonşusu tərəfindən təcavüz edilən Luiza Hey 15 yaşında bir restoranda ofisiant işləmək üçün evdən ayrılır. 1 il sonra doğum edir, lakin  övladından imtina etmək məcburiyyətində qalır. Və bir daha heç vaxt onu görmür.

Nyu-Yorka köçmədən öncə bir neçə il Çikaqoda yaşayan Heyin həyatı təsadüfən qatıldığı kilsə yığıncağında Transandantal Meditasiya ilə tanış olduğu anda dəyişməyə başladı. Hey öz məsləhət mərkəzini qurdu və özünü fiziki xəstəliklərin metafizik səbəblərini araşdırmağa həsr etdi.

Luiza Hey həyatının işinə 1970-ci ildə Nyu-Yorkda başladı. Həyatını yaxşılaşdırmaq üçün bir çox kurslara və təlimlərə qatılarkən insanlara məsləhət verirdi. Bu hobbi tez bir zamanda tam ştatlı işə çevrildi. Bir müddət sonra Luiza bütün fiziki xəstəliklərin ruhi səbəbləri və onları müsbətə çevirmək yolları haqqında məlumat kitabçası yazdı.

Bir müddət sonra xərçəng xəstəliyinə tutulan Luiza nəzəriyyələrini praktikaya çevirdi. 6 ay ərzində əməliyyata və kimyaterapiyaya ehtiyac duymadan xərçəngi tamamilə sağaltdı.

 O, “Louise Hay House” adlı bir şirkət qurdu. İlk dəfə öz evinin qonaq otağında fəaliyyətə başlayan bu şirkət bir çox dünyaca məşhur müəlliflərin və şəxsi inkişaf mütəxəssislərinin kitablarını nəşr edən çox uğurlu bir şirkətə çevrildi.

1980-ci ildə  Kaliforniya ştatına qayıdan Luiza Hey bütün təlimlərini kitablara çevirməyə başladı. 1984-cü ildə İçimizdəki güc kitabını yazdı. Kitab 20 il sonra yenidən nəşr edilərək bestseller oldu.

large_WhatsApp_Image_2024-02-02_at_15.58.49.jpeg

 

 L.Hey “İçimizdəki güc” kitabında özümüzü sevmək fəlsəfəsini belə təsvir edir:

daxili səsə qulaq asmağı və ona inanmağa öyrənmək;

– içindəki uşağı sevmək;

– əsl hisslərimizi üzə çıxarmaq;

– valideyn olmağın məsuliyyətini dərk etmək;

– qocalmaq qorxusundan azad olmaq;

– özümüzə yaxşı həyat arzulamağa imkan vermək;

– yaradıcılığımızı ifadə etmək;

– dəyişiklikliyi həyatın təbii hissəsi kimi qəbul etmək;

– bir-birini sevməyin təhlükəsiz olduğu ekoloji cə­hətdən sağlam bir dünya yaratmaq;

– və sairə.

Hey deyirdi: “Diqqətini nəyə yönləndirirsənsə, onu artırırsan. Buna görə də, ödəməli olduğunuz borclar, xəstəliyiniz və ya digər problemlər haqqında daim düşünmək bu vəziyyətləri daha da çətinləşdirəcək”.  Bolluğa nail olmağın düsturu əlimizdə olana şükür etməkdir. Kainatda qeyri-məhdud resursların olduğunu bilin və təbiəti müşahidə edin. Anlayın ki, sahib olduğunuz sərvət həyat mənbəyi deyil, sadəcə olaraq daha rahat həyat üçün bir vasitədir.

Müəllifin fikrincə, bütün fiziki xəstəliklər psixi proseslərin məhsuludur. Bütün xəstəliklərin kökündə bağışlamamaq və günahlandırmaq hissləri dayanır. Problem adlandırılan xəstəlik əlamətləri əslində beynimizdə düzgün olmayan bəzi şeylərin ifadəsidir. Yəni gerçək problem əslində bədənimizdə deyil, zehnimizdə olduğundan bədəni müalicə etmək deyil, zehni dəyişdirərək bədəndəki simptomlardan qurtulmaq önəmlidir. Bəs Heyə görə, hansı duyğu və düşüncələr hansı xəstəliklə bağlıdır?

·        Ağız və diş problemləri: yeni fikirlərə qapalı olma, qəzəb və intiqam duyguları;

·        Baş ağrıları: özünütənqid və qorxu;

·        İnfeksiya xəstəlikləri: qəzəb, sıxıntı, əsəbilik və s.

Товары, упомянутые в статье
7.99 AZN 9.99 AZN
İçimizdəki güc
шт
7.99 AZN 9.99 AZN
İçimizdəki güc
шт
4.79 AZN 5.99 AZN
Vücudunu sevgi ilə şəfalandır
шт
8.42 AZN 9.90 AZN
Sən həyatını yaxşılaşdıra bilərsən
шт
7.99 AZN 9.99 AZN
Özünü sev, həyatını yaxşılaşdır
шт
5.76 AZN 7.20 AZN
Жизнь тебя любит
шт
5.76 AZN 7.20 AZN
Вдохновляющее исцеление души
шт
4.24 AZN 5.30 AZN
Управляй своей судьбой
шт
5.12 AZN 6.40 AZN
Вас ждет только хорошее
шт
4.80 AZN 6 AZN
Исцели свое тело любовью
шт
5.52 AZN 6.90 AZN
Исцеляющая сила мысли
шт
16.96 AZN 21.20 AZN
Большая книга исполнения желаний
шт
5.12 AZN 6.40 AZN
Настройся на счастье
шт
4.24 AZN 5.30 AZN
Стань счастливым за 21 день. Самый полный курс любви к себе
шт
19.52 AZN 24.40 AZN
Как король Эльфхейма научился ненавидеть истории
шт
8.72 AZN 10.90 AZN
Hayat Sizi Seviyor!
шт
15.66 AZN 17.40 AZN
Pozitif Gücün Büyüsü
шт
25.36 AZN 31.70 AZN
You Can Heal Your Life
шт
14.08 AZN 17.60 AZN
Pozitif Dusunce Gucuyle Mutlu Yasamın Sırları
шт
13.50 AZN 15 AZN
Düşünce Gücüyle Tedavi
шт
3.84 AZN 4.80 AZN
Tüm Hastalıkların Zihinsel Nedenleri ve İyileşmenizi Sağlayacak Düşünce Modelleri
шт
12.78 AZN 14.20 AZN
21 Günde Güç İçinizde
шт
12.80 AZN 16 AZN
Düşüncenin İyileştirici Gücü
шт
Другие публикации