O da bütün yaşıdaları kimi sadə bir məktəbli idi. Ta ki bir gün heç varlıqlarından belə xəbərdar olmadığı Taliban “qasırğası” onun da təhsil aldığı məktəbə gəlib çatanadək.

Məlalə Yusifzay Pakistanın Puştu vilayətində, sadə məktəb müdiri olan  Ziaəddin Yusifzayın ailəsində, 1997-ci il, 12 iyulda  dünyaya gəlmişdir.

Taliban terror təşkilatının qız uşaqlarının təhsil almasını qadağan etdiyi dönəmdə Məlalənin atası qatı müxalif sıralarında görünürdü.  Bu cəsur addım Məlalənin də sonrakı həyatına və fəaliyyətinə köklü şəkildə təsir edəcəkdi.

 

(əldə etmək üçün fotoya klik etməyi unutmayın)

 

"2012-ci ilin oktyabr ayında normal dərs gününün sonunda Malala yenə də məktəbdən çıxdı. İmtahan həftəsi idi, Malala test haqda düşünürdü. Testin mövzusu Pakistan təhsili idi. Test çox yaxşı keçmişdi. O məktəbin qapısı ağzında gözləyən məktəb avtobusuna mindi, dostları ilə yanaşı oturacaqda oturdu. 
Avtobus yola düşdü, amma məktəbdən heç 100 metr aralanmamışdı ki, silahlı iki kişi avtobusu saxlatdı. Silahlı kişilər avtobusa girib bağırdı:
– Burda Malala kimdir?
Malalanın  dostları dönüb onun üzünə baxdılar. Kişilərə Malalanın hansı qız olduğunu deməyə ehtiyac olmadı. Onlar onu tanıdılar. Onlardan biri dərhal Malalaya atəş açdı, onu başından vurdu. Silahlılar Malalanın ən yaxın rəfiqələrini – Monibanı və onun məktəb yoldaşları Şazia və Kainatı da yaraladılar".

 

 

 

Talibanın təhsil sahəsinə təziqləri gücləndikdə Məlalə doğulduğu Puştu vilayətinin əksər qızlarından fərqli olaraq cəsur davranıb saxta adla BBC-nin Urdu şöbəsi üçün blog yazılarıyla çıxış etməyə, Taliban əsarəti altında olan həyatı haqda yazılar yazaraq təhsil hüququnun qızğın müdafiəsinə başlayır. Bu, elə bir dövr idi ki, artıq Pakistanda musiqi və televiziya qadağan edilmiş, Məlalənin atasının da məktəbi bağlanmaq təhlükəsilə üz-üzə qalmışdı. Belə bir zamanda Məlalə əsl təhsil fəalı kimi yerli qəzet və televiziyalarda çıxış edir, çəkinmədən müsahibələr verirdi.

Məlalənin bu cəsur addımı onu qısa zamanda yerli və beynəlxalq arenada  xeyli məşhurlaşdı və heç şübhəsiz, bu cəsarət “cavabsız” qalmayacaqdı. Dərhal təhdidlər başladı, hətta sonda sui-qəsd cəhdilə nəticələndi.

2013-cü ildə dostları ilə birgə məktəbdən qayıdan Məlalə Taliban təşkilatının silahlı hücumuna məruz qalaraq ciddi şəkildə yaralandı. Davamlı müalicələri Birləşmiş Krallıqda davam etdirən Məlalə bundan sonra milli və beynəlxalq miqyasda daha böyük dəstək qazandı. Din xadimləri və siyasi fəallar təhsil uğrunda mübarizə aparan balaca Məlaləyə tərəfdar olan bəyanatlarla çıxış etdilər. Beləliklə, Taliban özünə qarşı böyük qınaq qazandı və bütün Pakistan ərazisində protest edildi.

Ciddi yara almasına və uzun müddətli müalicəsinə baxmayaraq, Məlalə inamla addımladığı yollarda işıq saçaraq irəliləyirdi. Xalqın ona inamı möhkəm bağlarla kök salmışdı.

Həmin ərəfədə iki milyondan çox insan təhsil hüququnu müdafiə edən müraciətə imza atdı. Məhz bunun sayəsində Pakistan hökuməti Ödənişsiz məcburi təhsil haqda qanunu qəbul etməli oldu.

Məlalənin cəsarətli mübarizəsi təbbi ki  mükafatsız qalmadı.  BMT onun doğum gününü (12 İyul) Məlalə günü kimi elan etdi və həmin gün dünya üzrə uşaqların təhsil hüququnu özündə təcəssüm etdirir.

Onun BMT-dəki çıxışı zamanı söylədiyi bu fikirlər bütün dünyada uşaqların təhsil hüququnun carçısına çevrilir: "Bir uşaq, bir müəllim, bir kitab, bir qələm dünyanı dəyişdirə bilər. Təhsil yeganə həll yoludur."

Həmmüəllifi olan “Məlalə mənəm” kitabı bütün dünya üzrə satış rekordlarını qıraraq ən çox oxunan və ilham verən həyat hekayəsinə, qızların hüquq, təhsil və azadlıq mübarizəsində bayrağa çevrildi.

 

 

(əldə etmək üçün fotoya klik etməyi unutmayın)

 

"When the Taliban took control of the Swat Valley, one girl fought for her right to an education. On Tuesday, 9 October 2012, she almost paid the ultimate price when she was shot in the head at point-blank range. Malala Yousafzai's extraordinary journey has taken her from a remote valley in northern Pakistan to the halls of the United Nations. She has become a global symbol of peaceful protest and is the youngest ever winner of the Nobel Peace Prize. I Am Malala will make you believe in the power of one person's voice to inspire change in the world".

 

 

 

 

 

Fəaliyyəti çərçivəsində həmçinin Məlalə fondunu yaradaraq  yüzlərlə uşağın təhsil problemlərinin həllində inamlı addımlar atmaqda davam edir.

2014-cü ildə 17 yaşlı Məlalə Yusəfzay Kailaş Satiarti ilə birlikdə uşaqların hüquq və təhsillərinin müdafiəçisi kimi Nobel Sülh Mükafatına layiq görülərək ən gənc laureat kimi adını tarixə yazdırdı.

 

Müəllif: Lalə Rəhmanova

 

Məlalə haqda kitabları bütün "Əli və Nino" kitab mağazalarından, həmçinin, www.alinino.az saytından əldə edə bilərsiniz.