Malala Yusəfzay Pakistanın şimalında yerləşən Svat dərəsi rayonundan olan bir yeniyetmədir. 2012-ci ilin oktyabr ayında normal dərs gününün sonunda Malala yenə də məktəbdən çıxdı. İmtahan həftəsi idi, Malala test haqda düşünürdü. Testin mövzusu Pakistan təhsili idi. Test çox yaxşı keçmişdi. O məktəbin qapısı ağzında gözləyən məktəb avtobusuna mindi, dostları ilə yanaşı oturacaqda oturdu.
Avtobus yola düşdü, amma məktəbdən heç 100 metr aralanmamışdı ki, silahlı iki kişi avtobusu saxlatdı. Silahlı kişilər avtobusa girib bağırdı:
– Burda Malala kimdir?
Malalanın dostları dönüb onun üzünə baxdılar. Kişilərə Malalanın hansı qız olduğunu deməyə ehtiyac olmadı. Onlar onu tanıdılar. Onlardan biri dərhal Malalaya atəş açdı, onu başından vurdu. Silahlılar Malalanın ən yaxın rəfiqələrini – Monibanı və onun məktəb yoldaşları Şazia və Kainatı da yaraladılar.
Qız uşaqlarına belə dəyərləri çatdırdığınız üçün sizə minnətdaram. Kitab həm maraqlı, həm də çox faydalıdır. Qız övladı olan hər valideyinə məsləhət görürəm. Mütləq alın bu kitabdan.
Qızım kitabı əlindən buraxmır. Mövzusu çox cəlbedicidir. Məndə oxumuşam, həqiqətən çox bəyəndim.
Sifariş verdiyim kitab dərhal çatdırıldı. Çox diqqətli xidmət göstərirlər, təşəkkürlər!
20-ci səhifəyə qədər hekayədə heç bir ləngimə və ya maraqsız hissə yoxdur. Dil sadə, anlaşılan və çox təsir edicidir. Üstəlik, kitabın redaktəsi o qədər peşəkardır ki, heç bir hərf səhvinə və ya qeyri-dəqiqliyə rast gəlmədim. Əminən son 4 səhifəsidə eyni dərəcədə maraqli olacaq.