- Kitab toplamaq yaxşı işdir, onları oxumaq isə daha faydalıdır. Françesko Petrarka
 - Kitaba malik olmamaq, əqli yoxsulluğun ən yüksək dərəcəsidir. C.Reskin
 - Kitabxana insan ruhunun bütün zənginliklərinin xəzinəsidir. Q. V. Leybtnis
 - Kitablar bizi ötən əsrlərin mənəvi varisi edir. N.Vəzirov
 - Kitablar da dost kimidir, az fəqət yaxşı seçilmiş olmalıdır. S.J.Harris
 - Kitablar, heç solmayacaq bitkilərdir. Herrick Kitablar həyatım, təcrübələrim isə müəllimimdir. A.Avqustin
 - Kitablar, itmiş başların abidələridir. Sir Villiam Davenant
 - Kitablar sivilizasiyanın nümunəsidir. Kitabsız ədəbiyyat, tarix itər. Həyati incəliklər olan lirika, psixoloji və elmi biliklər mənasız olar. Henri Devid Toro
 - Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır. Rey Bredberi
 - Kitabsız bir ömrün nə mənası var. Səməd Vurğun
 - Kitabsız qalmaq çörəksiz qalmaqdan çətindir. V.Kubarev
 - Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır. Seneka
 - Qədim kitabların füsunkar təbiəti şərabı andırır. A.S.Qrin
 - Qəpiklər manat əmələ gətirdiyi kimi, oxumaq da bilik əmələ gətirir. V.L.Dal
 

- Mütaliə insanları bilikli, söhbətcil və hazırcavab edir. Frensis Bekon
 - Kitab heç aldatmayan bir yoldaşdır. Guilbert De Pixrecourt
 - Kitab hələ də müqəddəsdir mənim üçün. Söz hələ də mühüm və hərf hələ də müəmmadır. Əlif Şəfəq
 - Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır. A.M.Upit
 - Kitab insanı kainatın sahibi edir. P.A.Pavlenko
 - Kitab mənim üçün, tacdan qiymətlidir.
 - Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır. V.Şekspir
 - Kitab ol, hamıya açılma; qoy səni ancaq anlayanlar oxusun! Əbu Turxan
 - Kitab olmayan ev ruhdan ayrılan bədənə bənzər.
 - Kitabsız ev ürəksiz bədəndir. Siseron
 - Kitab ruhu qidalandırır, insanı ucaldır və möhkəmləndirir. U.M.Tekkerey
 - Kitab ruhun dərmanıdır. Yapon atalar sözü
 - Kitab sənin ilk dostundur. M.Ə.Sabir
 - Kitab təfəkkürün övladıdır. C.Svift
 - Kitab təfəkkürün yorulmayan qanadlarıdır. Aybek
 - Kitab, tək ölümsüzlükdür. Rufus Choate
 

- Kitablar olmasaydı, mən səfalət və alçaqlıq içində qərq olardım. Maksim Qorki
 - Kitab bir limandı mənim üçün. Kitablarda yaşadım və kitablardakı insanları küçələrdəkindən daha çox sevdim. Cemil Meriç
 - Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir.
 - Kitab nəsillərin bir-birinə vəsiyyətidir.
 - Kitab vasitəsilə biz həqiqətlər və rəzalətlər mülkünə daxil oluruq. A.İ.Gertsen
 - Kitab elmlərin nəticəsi olmalıdır, elmlər kitabın yox.
 - Kitab insan üçün mənəvi qidadır.
 - Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən nəsillərə yetirən fikir gəmisidir.
 - ylə əvəz edilə bilməz. Rəğmən Ən yeni kəşf, İnformasiya konservasiyasının yeni növləri, kitabla ayrılmağa tələsməyəcək. Dmitri Likhachev