• Kitab toplamaq yaxşı işdir, onları oxumaq isə daha faydalıdır. Françesko Petrarka
  • Kitaba malik olmamaq, əqli yoxsulluğun ən yüksək dərəcəsidir. C.Reskin
  •  Kitabxana insan ruhunun bütün zənginliklərinin xəzinəsidir. Q. V. Leybtnis 
  • Kitablar bizi ötən əsrlərin mənəvi varisi edir. N.Vəzirov
  • Kitablar da dost kimidir, az fəqət yaxşı seçilmiş olmalıdır. S.J.Harris 
  • Kitablar, heç solmayacaq bitkilərdir. Herrick Kitablar həyatım, təcrübələrim isə müəllimimdir. A.Avqustin 
  • Kitablar, itmiş başların abidələridir. Sir Villiam Davenant 
  • Kitablar sivilizasiyanın nümunəsidir. Kitabsız ədəbiyyat, tarix itər. Həyati incəliklər olan lirika, psixoloji və elmi biliklər mənasız olar. Henri Devid Toro 
  • Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır. Rey Bredberi 
  • Kitabsız bir ömrün nə mənası var. Səməd Vurğun 
  • Kitabsız qalmaq çörəksiz qalmaqdan çətindir. V.Kubarev
  •  Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır. Seneka 
  • Qədim kitabların füsunkar təbiəti şərabı andırır. A.S.Qrin 
  • Qəpiklər manat əmələ gətirdiyi kimi, oxumaq da bilik əmələ gətirir. V.L.Dal

 

 

  • Mütaliə insanları bilikli, söhbətcil və hazırcavab edir. Frensis Bekon  
  • Kitab heç aldatmayan bir yoldaşdır. Guilbert De Pixrecourt  
  • Kitab hələ də müqəddəsdir mənim üçün. Söz hələ də mühüm və hərf hələ də müəmmadır. Əlif Şəfəq  
  • Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır. A.M.Upit
  • Kitab insanı kainatın sahibi edir. P.A.Pavlenko  
  • Kitab mənim üçün, tacdan qiymətlidir.
  • Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır. V.Şekspir  
  • Kitab ol, hamıya açılma; qoy səni ancaq anlayanlar oxusun! Əbu Turxan 
  • Kitab olmayan ev ruhdan ayrılan bədənə bənzər.
  • Kitabsız ev ürəksiz bədəndir. Siseron  
  • Kitab ruhu qidalandırır, insanı ucaldır və möhkəmləndirir. U.M.Tekkerey
  •   Kitab ruhun dərmanıdır. Yapon atalar sözü  
  • Kitab sənin ilk dostundur. M.Ə.Sabir 
  • Kitab təfəkkürün övladıdır. C.Svift 
  • Kitab təfəkkürün yorulmayan qanadlarıdır. Aybek 
  • Kitab, tək ölümsüzlükdür. Rufus Choate

 

 

 

 

  • Kitablar olmasaydı, mən səfalət və alçaqlıq içində qərq olardım.  Maksim Qorki  
  • Kitab bir limandı mənim üçün. Kitablarda yaşadım və kitablardakı insanları küçələrdəkindən daha çox sevdim. Cemil Meriç  
  • Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir.
  • Kitab nəsillərin bir-birinə vəsiyyətidir.
  • Kitab vasitəsilə biz həqiqətlər və rəzalətlər mülkünə daxil oluruq. A.İ.Gertsen
  • Kitab elmlərin nəticəsi olmalıdır, elmlər kitabın yox. 
  • Kitab insan üçün mənəvi qidadır. 
  • Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən nəsillərə yetirən fikir gəmisidir. 
  • ylə əvəz edilə bilməz. Rəğmən Ən yeni kəşf, İnformasiya konservasiyasının yeni növləri, kitabla ayrılmağa tələsməyəcək. Dmitri Likhachev