Əli və Nino-da Yaponiya Günü Keçirildi
📍 18 may tarixində Crescent Mall Əli və Nino kitab mağazasında xüsusi və rəngarəng bir mədəniyyət tədbiri – Yaponiya Günü baş tutdu. Tədbir Yaponiyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı və dəstəyi ilə baş tutdu. Tədbirdə Yaponiyanın Azərbaycandakı diplomatları da iştirak etdi.
Tədbir zamanı qonaqlar Yaponiyanın zəngin mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazandılar. Ziyarətçilər üçün xüsusi olaraq təşkil olunmuş yapon milli geyimləri ilə fotosessiya böyük maraqla qarşılandı – iştirakçılar ənənəvi kimono və aksesuarlarla şəkil çəkdirdilər.
✍️ Axşamın diqqətçəkən hissələrindən biri isə yapon yazısı (xətti) ilə tanışlıq oldu. Qonaqlar kanji və hiraqana əlifbaları haqqında məlumat alaraq, öz adlarını yaponca yazmağı öyrəndilər. Bu interaktiv təcrübə hər kəsdə xoş təəssürat yaratdı.
📚 Tədbir çərçivəsində Yapon ədəbiyyatı ilə bağlı kitab sərgisi də təşkil olundu və oxucular klassik və müasir yapon müəlliflərinin əsərləri ilə tanış ola bildilər.
🌸 Yaponiya Günündə həm öyrədici, həm əyləncəli, həm də estetik baxımdan yadda qalan bir atmosfer yaşandı. Əli və Nino oxucularına dünyanı kitablarla daha yaxından tanımaq imkanı yaratmağa davam edir.
📸 Tədbirdən fotoları paylaşırıq: