Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина

Лего конструкторы

YAŞA GÖRƏ SEÇİM EDİN

   

     

41.90 AZN 44.10 AZN
Lego Creator Deep Sea Creatures
шт
47.21 AZN 92.50 AZN
Lego Duplo Airplane & Airport
шт
25.84 AZN 27.20 AZN
Lego Duplo Fire Helicopter & Police Car
шт
55 AZN 57.90 AZN
Lego Duplo Number Train - Learn To Count
шт
26.31 AZN 56.10 AZN
Lego Duplo Garbage Truck and Recycling
шт
86.26 AZN 90.80 AZN
Lego Duplo Brick Box
шт
186.68 AZN 196.50 AZN
Lego Speed Mopar Dodge//SRT Top Fuel Dragster and 1970 Dodge Challenger T/A
шт
59.85 AZN 63 AZN
Lego Speed Mclaren Elva
шт
65.46 AZN 68.90 AZN
Lego Speed Toyota GR Supra
шт
289.64 AZN 573.30 AZN
Lego Harry Potter Hogwarts Chamber of Secrets
шт
164.13 AZN 322.70 AZN
Lego Harry Potter Hogsmeade Village Visit
шт
65.46 AZN 68.90 AZN
Lego Harry Potter Hogwarts Polyjui ce Potion Mistake
шт
96.42 AZN 101.50 AZN
Lego Harry Potter Hogwarts Moment: Potions Class
шт
174.65 AZN 327 AZN
Lego Super Heroes Attack on the Spider Lair
шт
120.65 AZN 127 AZN
Lego Ninjago Ninja Sub Speeder
шт
78.86 AZN 127 AZN
Lego Ninjago Final Flight of Destiny's Bounty
шт
197.99 AZN 327 AZN
Lego Ninjago Ultra Sonic Raider
шт
32.49 AZN 34.20 AZN
Lego City Mail Plane
шт
836.64 AZN 1676.40 AZN
Lego Technic Lamborghini Sian FKP 37
шт
1300.65 AZN 1369.10 AZN
Lego Technic Bugatti Chiron
шт
181.12 AZN 358.50 AZN
Lego Creator Medieval Castle
шт
162.49 AZN 277 AZN
Lego Creator Ferris Wheel
шт
149.15 AZN 157 AZN
Lego Creator Space Shuttle Adventure
шт
78.85 AZN 83 AZN
Lego Creator Safari Wildlife Tree House
шт
26.22 AZN 27.60 AZN
Lego Creator Cyber Drone
шт
231.30 AZN 427 AZN
Lego Minecraft The Modern Treehouse
шт
187.15 AZN 197 AZN
Lego Minecraft The Sky Tower
шт
73.34 AZN 77.20 AZN
Lego Minecraft The "Abando ned" Mine
шт
64.69 AZN 68.10 AZN
Lego Minecraft The Bee Farm
шт
234.65 AZN 247 AZN
Lego Minecraft The Crafting Box 3.0
шт
293.36 AZN 308.80 AZN
Lego Ninjago Skull Sorcerer's Dragon
шт
104.10 AZN 204.10 AZN
Lego Super Mario Adventures with Mario Starter Course
шт
25.37 AZN 26.70 AZN
Lego City Wildlife Rescue ATV
шт
47.49 AZN 84.20 AZN
Lego City Skate Park
шт
139.65 AZN 147 AZN
Lego Disney Belle and Rapunzel's Royal Stables
шт
99.15 AZN 157 AZN
Lego Disney Boun's Boat
шт
65.46 AZN 68.90 AZN
Lego Technic Monster Jam® Grave Digger®
шт
63.65 AZN 67 AZN
Lego Technic Getaway Truck
шт
97.16 AZN 179.70 AZN
Lego Friends Magical Caravan
шт
139.56 AZN 237 AZN
Lego Friends Forest Horseback Riding Center
шт
Страница:

Uşaqdan böyüyə hamının marağını çəkən Lego konstruktorları Azərbaycanda uzun illərdir ki, həm Bakıda, həm də Azərbaycanın bütün bölgələrində çox sevilir. Leqo konstruktor uşaqların zehni inkişafı və əyləncəli zaman keçirmələri üçün ideal seçim ola bilər.

Azərbaycanda Lego-nun rəsmi distributoru "Əli və Nino" mağazalar şəbəkəsidir.

Biz sizə Lego Technic, Lego City, Lego Ninjago, Lego Duplo, Lego Harry Potter, Lego Creator, Lego Classic və digər yüzlərlə modeli təqdim edirik!

Azərbaycanda, Bakıda sərfəli qiymətlə Leqo almaq üçün Alinino.az saytından sifariş edə bilərsiniz. Tam original leqo konstruktorları Danimarkadan ölkəmizə gətirilir. Keyfiyyətli lego konstruktorlarını Legonun Azərbaycanda rəsmi distributor olan "Əli və Nino"-dan sərfəli qiymətlə əldə edin. 

Alinino.az Lego konstruktorlarını sifarişlə bütün Bakı şəhəri ərazisində, həmçinin Azərbaycanın bütün rayonlarına, və xarici ölkələrə çatdırır!

 

Lego 1940-cı illərin sonundan Danimarkada istehsal olunan konstruktor oyuncağıdır. Əvvəlcə taxta hissələrdən hazırlanan legolar indi plastik hissələrdən hazırlanır. Lego bir-birinə bağlı, müxtəlif rəngli parçaların hər birinin adıdır. Bu rəngli və yığıla bilən parçalar daha böyük strukturlar yaratmaq üçün istifadə olunur.

 

Lego hansı yaş qrupuna uyğundur?

Lego ilk dövrlərində 7-16 yaş aralığını hədəf alırdısa, bu gün Lego Duplo artıq 0-5 yaş arası uşaqları da əhatə edir. Müasir texnologiya sayəsində rəqəmsal dizayn üsulu ilə istehsal edilən legolar üçün heç bir yaş məhdudiyyətinin olmadığını deyə bilərik. Lego uşaqlarımıza müstəqil parçalar təklif edir və onları yaradıcılıqları ilə baş-başa buraxır. Uşaqlar lego parçaları vasitəsilə təxəyyüllərini üzə çıxarmaq üçün sərhədsiz imkanlar əldə edirlər.  Lego konstruksiya oyuncağı olduğu üçün uşaqların ölçü və məkan qavrayışını da inkişaf etdirir. Leqo ilə oynayan uşaq tikdiyi evin və ya avtomobilin tarazlığını, hissələrin harmoniyasını və ölçülərini yoxlayır. Uşaq parçalar arasında tarazlığı tapa bilmədikdə, problemi kəşf edib düzəldir və tarazlığa nəzarəti təmin edirlər. Bu proseslərlə uşağın təhlil qabiliyyəti də inkişaf edir. 0-3 yaş qrupunu nəzərə alsaq, parçaları bir araya gətirmək vəzifəsi əl-əzələ-göz koordinasiyası üçün əhəmiyyətli bir fərq yaradır. Kiçik hissələrlə hərəkət edən uşaqların incə motor bacarıqları da inkişaf edir. Bu yaş qrupunda rəngli lego parçaları var. Onlar həm də uşaqların rəngləri tanıması, fərqləndirməsi və adlandırması üçün mühüm vasitədir. Leqolar bütün yaş qruplarına müraciət etdiyi üçün ailələrin uşaqları ilə səmərəli vaxt keçirmələri üçün də bir vasitədir. Bu, uşaq-valideyn münasibətlərində etibarlı bağlılığın bir hissəsini təşkil edə bilər. Bütün bu müsbət təsirlərə görə lego illərdir oyuncaq sənayesinin vazkeçilməzlərindən biri olmuşdur. Lego konstruktorlarının diqqətəlayiq cəhətlərindən biri də odur ki, bu parçalar vasitəsilə siz hətta öz təxəyyülünüzə əsaslanan yeni, tamamilə fərqli modellər də yarada bilərsiniz. Dünyada bu addımı atmış xeyli insan vardır.    

 

Leqo haqqında bilmədiklərimiz;

1.Leqonun adı Danimarka Leg Godt sözlərindən gəlir. Azərbaycanca mənası yaxşı oyunlar deməkdir.

2.İlk lego oyuncağı taxta ördək kimi hazırlanmışdır.

3.Ən böyük və ən müxtəlif lego bazarına malik ölkə Almaniyadır.

4.1950-ci illərdə istehsal edilən lego parçası bugünkü legolarla uyğun gəlir.

5. Lego tərəfindən istehsal olunan fiqurlarda kiçik bir dəlik var və bu, ehtiyatsızlıqdan fiquru udan uşağın nəfəs alması üçün nəzərdə tutulub.

6. 2000-ci ildə Lego əsrin oyuncağı seçildi.  Leqo konstruktorlar hissə sayları və çətinlik səviyyələri baxımından müxtəlif yaş qruplarına ayrılır. Hər bir seriyanın fərqli adı vardır. Hər bir leqo konstruktorunun fərdi model kodu var. Leqolar məhz model kodları ilə seçilir. Qutunun üzərində leqonun yaş həddi, model kodu və içindəki hissə sayı qeyd olunur.  

 

Leqonun hansı növləri var?

1) Lego Duplo - ən balacalar üçün nəzərdə tutulmuşdur. Yaş həddi 0-5 yaş. Detallar iri və parlaq rənglərdə olur.

2) Lego Classic – 4 yaşdan 99 yaşa qədər həm uşaqlara, həm də böyüklərə müxtəlif strukturlar qurmağa imkan verir. Hissə sayları 55-dən 1500-dək ola bilir.

3) Lego City - əsas mövzusu şəhərlərdir. Yaş həddi 5+ yaş. Lego City seriyasına qatar, təyyarə, gəmi, yanğınsöndürən, polis, sahil mühafizəsi, tikinti, ferma kimi bir çox mövzular daxildir.

4)  Lego Technic - əsasən nəqliyyat və tikinti avadanlıqlarından ibarət seriyadır. Yaş həddi 5 – 12+ yaş. Bu seriya buldozer, kran, yük maşını, traktor, motosiklet və s. bir çox texnikanı əhatə edir. Bəzi modellərdə motor var, beləliklə hissələri motorla hərəkət etdirmək olar.

5) Lego Creator – müxtəlif abidələr, külək dəyirmanı, müxtəlif heyvanlar, gəmi və s. kimi fərqli fiqurları özündə birləşdirən seriyadır. Yaş həddi 6+ yaş. 

6) Lego Minecraft – məşhur oyun Minecraftın konstruktor formasıdır. Oyundakı bütün personajlar və macəralar bu seriyada yer alır. Yaş həddi 6+ yaş.

7) Lego Disney– uşaqların nağıl qəhramanlarından ibarət seriyadır. Yaş həddi 4+ yaş

8)  Lego Friends - Şirkətin çoxdan istifadəyə verdiyi və  4-12 yaş arası uşaqlara uyğun fərqli mövzu konseptidir. Bu seriyada dostların müxtəlif macəraları yer alır.

9)        Lego Ninjago – məşhur oyun seriyasının əsasında yaradılmışdır. Personaj və macəralar oyundakı ilə eynidir. Yaş həddi 4-14 yaş.

10)        Lego Harry Potter – Məşhur film və kitab olan Harri Potter seriyası və onun macəralarına əsasın yaradılmışdır. Personaj və macəralar kitabdakı ilə eynidir. Yaş həddi 7-99 yaş.

 

Bu seriyalar Legonun bütün seriyaları deyil. Bunlardan əlavə Leqo konstruktorların məşhur seriyalarından Lego Star Wars, Lego Speed, Lego Marvel, Super Mario, Betmen və s. kimi növləri də vardır.