Sevgi haqqında...
8 Mart Beynəlxalq Qadınlar Günü, sevdiklərinizə, xüsusən də həyatınızdakı qadınlara, onların dəyərli və sevildiklərini hiss etdirəcək mənalı hədiyyələr vermək üçün əla bir fürsətdir. Sevgi mövzusunda kitablar həm duyğusal, həm də fikirləşdirici hədiyyələr ola bilər. Alinino.az saytındakı, sevgi mövzulu kitablar olan bölmədən , bu xüsusi gündə aşağıda adları qeyd edilən bu və ya digər kitabları evdən çıxmadan sifariş edərək Bakı daxilinə, Azərbaycanın bölgələrinə sürətli və etibarlı çatdırılma vasitəsilə hədiyyə edə bilərsiniz.
Martin İden (Eksklüziv klassika)- Cek Londonun yarı avtobioqrafik romanı "Martin İden" 20-ci əsrin əvvəllərində sosial və ideoloji mövzulara yönəlmiş məzmunu ilə Amerika ədəbiyyatında əhəmiyyətli hadisə kimi qəbul edildi. C.London müxtəlif siniflər arasında mentalitet və dəyərlərdəki fərqləri ortaya qoysa da, Amerika cəmiyyətində status və sərvətin həyati əhəmiyyətinə işarə edir.
Əli və Nino (yeni)- Tarixin təlatümlü hadisələri fonunda Müsəlman Əli və Xristian Ninonun məhəbbət hekayəsi heç bir oxucunu laqeyd qoymayacaq.
Yad qadına məktublar- insan qəlbinin mahir bilicisi adlandırılan görkəmli fransız yazıçısı Andre Moruanın (1885–1967) xüsusi janrda qələmə alınmış ən yaxşı əsəri,
ədəbiyyat mütəxəssislərinin yekdil fikrincə, tayı-bərabəri olmayan sənət incisi sayılır.
Parisdəki bütün çiçəklər- Sarah Jio "Parisdəki bütün çiçəklər" romanında özünəməxsus cazibədar üslubu ilə bizə həyatda vacib olanları xatırladır.
O, bu romanda bulanıq sularda dərinə batmış iki su zanbağı olan güclü qadın personajlar vasitəsilə keçmişlə bu gün arasında körpü yaradır, həyatda bilməli olduğumuz ən dərin hissləri göstərir.
Sevginin beş dili- "Sevginin beş dili" kitabı həm praktikanı təqdim edir, həm də çox dərin izlər buraxır. Kitab qarşılıqlı münasi-bətləri analiz edərək hər cütlük üçün lazım olan müdrik və dəyərli məsləhətlər verir.
Ceyn Eyr- Kitab həqiqi hisslər və ideallara sədaqət, aldanmış ümidlər və nəciblik haqqında, dramatizmlə dolu təsirli bir əhvalatdan bəhs edir. Nə zamana, nə şəraitə, nə də taleyin zərbələrinə sığan sevgi haqqındadır. Həyat üzünə gülmürsə, dayanıb onu gözləməkmi lazımdır? Bu təsirli əhvalat xoşbəxt sonluqla bitəcəkmi? Nə baş versə də, sevgiyə və şəfqətə, insanlığa və ədalətə, insan ləyaqətinə və ruhun gücünə olan inamı əsərin qəhrəmanına bütün sınaqlardan alnıaçıq çıxmağa kömək edir.
Bu kitablar, hədiyyə olunarkən, sevdiyiniz qadının maraqlarını və zövqlərini nəzərə alaraq seçim etməyiniz mühümdür. Onların hisslərinə toxunan, düşündürən və ilham verən bir kitab, unudulmaz bir hədiyyə ola bilər.