«Yad qadına məktublar» – insan qəlbinin mahir bilicisi adlandırılan görkəmli fransız yazıçısı Andre Moruanın (1885–1967) xüsusi janrda qələmə alınmış ən yaxşı əsəri, ədəbiyyat mütəxəssislərinin yekdil fikrincə, tayı-bərabəri olmayan sənət incisi sayılır. Bioqrafik romanlarından fərqli olaraq, ümumilikdə 56 essedən ibarət olan bu məktubları böyük sənətkarın «bəşər övladına səmimi ürək sözləri», yaxud «gələcək nəsillərə tövsiyələri » kimi də dəyərləndirmək mümkündür.
Məhsulun kodu:2000051237965
Janr:
Klassika
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
şərhlər0
şərhlər