Bu kitabı yazarkən personajlarımın ardınca ən əfsunlayıcı kafelərə, gözəl eyvanlara və Parisin gözəl mənzərələrinə səyahət etdim.. Bu səfərdə Montmartrın pilləkənlərini qalxdım, Rue de Cler bazarındakı rəngarəng nümayişlərə heyran oldum, kiçik xiyabanlardakı gizli kafelərdə espresso içdim. Hamısı unudulmazdı.
Ancaq bu hekayə şokoladlı kruasanlardan və yaz günündəki Eyfel qülləsindən daha dərinə gedir. Bu hekayənin səhifələri 1940-cı illərin müharibədən dağılmış Parisindəki ürək ağrısı və travmadan bəhs edir.
Bu kitab mənim Parisə sevgi məktubumdur. Və bəlkə bir gün yenə məktub yazacam. Hələlik, ümid edirəm ki, xəyalını qurduğum bu hekayədən, personajlardan, Parislə bağlı hər şeydən, incəliklərinə qədər zövq alacaqsınız.
Lotus çiçəkləri ürək parçalayan səyahətlərdən keçir. Onun toxumları torpaq, zibil və dolaşıq köklərlə örtülmüş palçıqlı bataqlıq sularında cücərir. Onlar çiçək açmaq üçün bu qorxunc qaranlıqda yol tapmalı, suyun üstündə bir yerdə günəş işığının gizləndiyini bilməli və ya heç olmasa ümid etməlidir. Yalnız bu halda Lotus çiçəyi bu səyahətdən zərərsiz çıxır və zəfərlə çiçək açır.
1940-cı illərin işğal olunmuş Parisində Parisin bütün çiçəklərini gözləyərkən özünü Parisin bütün dərdləri içində tapan qadın...
Sarah Jio "Parisdəki bütün çiçəklər" romanında özünəməxsus cazibədar üslubu ilə bizə həyatda vacib olanları xatırladır. O, bu romanda bulanıq sularda dərinə batmış iki su zanbağı olan güclü qadın personajlar vasitəsilə keçmişlə bu gün arasında körpü yaradır, həyatda bilməli olduğumuz ən dərin hissləri göstərir.
Məhsulun kodu:9789952384062
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Sarah Jio
Səhifə sayı:
336
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
şərhlər21
Bu əsər mənim üçün çox dəyərli oldu. Oxuduqca həyatı daha yaxşı anlamağa başladım.
İlk dəfə olaraq onlayn alış-veriş etdiyim üçün bir az narahat idim, amma sifarişimin sürətli və dəqiq çatdırılması məni çox sevindirdi. Təşəkkürlər! Əsərdə olduqca maraqlıdır, bəyəndim.
Romanın süjeti çox cazibədar və romantik idi. Hər səhifəni böyük maraqla oxudum.
Sevgi haqqında olan bu kitab mənim ürəyimi fəth etdi. Hekayə çox səmimi və romantik idi.
Sarah Jionun bütün əsərlərini sevərək oxumuşam. Hər biri mükəmməldir. 👍👍👍👍👍
Sevgi haqqında oxuduğum ən maraqlı kitablardan biri oldu. Bu kitabı oxumaq mənə çox xos təsir bağışladı. .
Bu roman məni çox dərin bir düşüncəyə sürüklədi. Aşkın və sevginin bəzən qəribə gücünü təsvir edir.
Sevgi romanda o qədər dərin bir şekildə insanın iç dünyasına daldırır ki, oxuyanda özümü əslində romanın əsas personajlarından biri kimi hiss etdim.
Sarah Jionun kitabları oxuduqca məni qarşılaşdığı mövcud məsələlərə daha dərin nəzər salmağa səbəb olur. Onun təsvirləri məni hər zaman incə düşündürər.
Kitabı heyranlıqla oxudum, möhtəşəmdir.
Sarah Jionun əsərləri həm böyüklər, həm də gənclər arasında populyardır.
Sarah Jio romantik və tarixi elementləri uğurla birləşdirərək təsirli və cəlbedici hekayələr yaradan yazıçıdır.
Mükəmməl bir əsərdir. Dostum Elşada təşəkkür edirəm. Bu kitabı mənə o tövsiyyə elədi. Oxudum çox təsirləndim, çox həyəcanlandım, həm sevindim həm kədərləndim, həm güldüm həm ağladım. Sarah bütün hissləri bir kitaba toplayıb. Sonlarda ümumiyyətlə kitabı əldən buraxmaq mümkün deyildi. SUPER, SUPER, SUPER, SUPER!!!
Sarah Jionun qələmini çox bəyənirəm. Mükəmməl ötəsi bir əsərdir.
Mənim sevimli kitabım 😍❤️🤩
Oxuduğum ən ecazkar əsərlərdən biridir 😍😍😍
çox maraqlı kitabdır, oxumağa dəyər.
Sarah Jio ilə görüş gününə gəlmişdim.Cox xoşuma gəldi 😍😍.Her şey mükəmməl formada hazirlanmisdi.🤩🤩Kitab sərgisi olduqca maraqlı idi👏👏👏👏
Səbrsizliklə sevimli yazarımın V milli kitab sərgisindəki görüş gününü gözləyirəm.Sevərək oxuduğum kitabınıda imzaladacam❤️💕
Bu gun oxuyub bitirdim,cox kederli ve ibret dolu bir eserdi.Şiddətlə oxumağı tövsiyyə edirəm
şərhlər21