Jurnalist Linda otuz yaşını təzə keçib. Sevən əri, gözəl uşaqları, yaxşı sənəti var. Yaşamaq və həyatdan zövq almaq üçün bir qadına daha nə lazımdır? Ona yalnız həsəd aparmaq olar. Amma Lindanın içində bir boşluq var, hiss edir ki, günlər keçdikcə uzun illər ərzində qurduğu həyata marağını itirir. Həvəssiz, süst günlər davam edir. O isə xoşbəxtliyi hər gün duymaq istəyir. Ərli qadının əzablı seçimi, məktəb illərinin sevgisinə yenidən qovuşmaq ehtirası, qapını döyən ailə böhranı, İsveçrənin möhtəşəm təbiəti fonunda yeknəsəq həyat və bundan qurtulmaq həvəsi. Adi, gündəlik həyat, “İsveçrə saatı” kimi dəqiq, az qala ehkama çevrilmiş həyat onu bezdirir, tənhalığa, depressiyaya qapılır.
Linda məktəb yoldaşı Yakoba rast gəlir. İndi siyasətçi və deputat olan Yakobdan müsahibə alır və elə bu zaman Linda başa düşür ki, onun həyatında çatışmayan sevgi və ehtirasdır.
ISBN:
9789952361728
Жанр:
Müasir nəsr
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Твердый
Автор:
Paulo Coelho
Количество страниц:
264
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 12
Paulo Coelhonun qələmini çox bəyənirəm. Oxumaqdan böyük zövq aldım.
Möhtəşəm bir əsərdir, oxumaqdan böyük zövq aldım. 👍👍👍
Bu kitab oxumağa dəyər bir əsərdir. Hekayə çox axıcı və maraqlıdır.
Möhtəşəm bir əsər oxuduğuma görə çox sevincliyəm. Koelhonun yazdığı hər kitab mənim üçün bir xəzinədir. Onun əsəri həyatın dərinliklərini araşdırmağa kömək edir.
Koelhonun əsəri, insanın mübarizəsini və həyatla olan əlaqələrini əks etdirir. Bu kitabı oxumaq mənə həmişə yeni bir aydınlanma gətiri.
Yazarın üslubu çox bəyəndim. O qədər maraqlı əsərdir ki, kitabı oxumadan yatmaq istəmədim.
Əsəri bu qədər çox bəyənəcəyimi özümdə gözləmirdim. Həqiqətən möhtəşəm romandır. Oxumağı düşünən hər kəsə tövsiyə edirəm.
Coelhonun təsvirləri və fikirləri həmişə mənim üçün əyləncəlidir. Onun əsərləri məni həmişə düşündürür və təsir edir.
Paulo Coelho-nun əsərləri çox vaxt daxili səyahətlərdən və şəxsi kəşflərdən bəhs edir.
Sevgi, xəyanət və azadlıq anlayışları üzərində dərindən düşünməyə vadar edən bir romandır. Kitab personajların mürəkkəb münasibətləri və daxili səyahətlərindən təsirli şəkildə bəhs edir. “Aldanma” əsərində Koelyo özünü tapmaq və əsl xoşbəxtliyi kəşf etmək prosesini təsvir etməklə məni valeh etdi.
Paulo Coelho muasir nesrler arasinda ən guclu yazardir menegore
Похожие товары
Покупают вместе