Aristotel Sokrat və Platondan sonra qədim Yunanıstanın üçüncü böyük filosofudur. Onun fəlsəfəsi bəşəriyyətin sonrakı inkişafına çox ciddi təsir göstərib. Aristotelin təlimi iki istiqamətə ayrılaraq mistik idealizmin və materialist fəlsəfi fikrin inkişafı üçün mənbə rolunu oynayıb. O, fəlsəfəsində formaya xüsusi əhəmiyyət vermiş, onu təbiətlə eyniləşdirmişdir. Beləliklə, Aristotel formanı şeylərdən ayıraraq substansiya kimi təsəvvür edib. Onun əsərlərində məntiq, ruh, psixologiya, əxlaq, kosmologiya, dövlət və cəmiyyət haqqında maraqlı fikirlər, mülahizələr vardır.
Aristotel fəlsəfənin hərtərəfli sistemini yaradan ilk mütəfəkkir olub, bu da bəşəriyyətin inkişafının bütün sahələrini əhatə edib. Əslində, onun fəlsəfi baxışlarında müəllimi Platonun təsiri hiss olunur. Akademiyada təhsil aldığı illərdə yazdığı əsərlər də daha sonrakılardan xeyli fərqlənir.
Bu kitabda dahi filosofun həyatı və yaradıcılığından bəhs olunur, əsərlərindən qısa sitatlar verilir.
ISBN:
9789952383782
Жанр:
Bioqrafiya
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Pol Stretern
Количество страниц:
72
язык:
Азербайджанский
Серия:
90 dəqiqə
Метка:
Ekspress
Отзывы о товаре 1
Qədim yunan filosofu olan "Aristotellə 90 dəqiqə" Kitabını 28 mallda yerləşən mağazanızdan əldə etmişəm. Həm mağazalarınızda həmdə saytınızda heç yerdə görmədiyim qiymətli kitablarla rastlaşıram.
Похожие товары
Покупают вместе