1969-cu ildə doğulmuş isveçrəli yazıçı və filosof Alain de Botton çağdaş dünyamızda əsərləri ən çox oxunan müəlliflərdən biri sayılır. Onun “Sevgi təcrübələri”, “Səyahət etmək sənəti”, “İntim həyatın detalları”, “Hitrou aeroportunda bir həftə”, “Ateistlər üçün din” və başqa kitabları dünyanın otuzdan artıq dilinə çevrilmiş, oxucular tərəfindən böyük maraqla qarşılanmışdır. Alen de Bottonun Londonda yaratdığı “Həyat məktəbi” adlanan xalq universiteti layihəsi də onun uğurlu işləri sırasındadır. Yazıçı çoxsaylı əsərlərində və mühazirələrində öz qarşısına, insanlara həyatlarını mənalı və maraqlı qurub-yaşamağı öyrətmək məqsədi qoymuşdur. Baxışlarınıza çatdırılan “Fəlsəfənin təsəllisi” kitabında yazıçı-filosof dünya fəlsəfəsinin parlaq simalarından olan Sokratın, Mişel de Montenin, Senekanın, Şopenhauerin və Nitsşenin fəlsəfi təlimlərinin insan həyatına gətirə biləcəyi müsbət təsirlərini açıqlayır, müxtəlif həyati situasiyalarda bədbinliyə qapılmış insanların bu filosofların müdrikliyindən necə yararlana biləcəyini aydınlaşdırır.
ISBN:
9789952367386
Жанр:
Fəlsəfə
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Alain de Botton
Количество страниц:
292
язык:
Азербайджанский
Метка:
Bestseller, Ekspress
Отзывы о товаре 1
felsefe haqda bele gozel nesrin olmasina cox sevindim
Похожие товары
Покупают вместе