Fransız yazıçısı bu əsərdə Jon Blən obrazı yaratmaqla dövrünün ədəbi imkanları və bədii dil vasitələri ilə yeni insan psixologiyasını vermək istəmiş, obrazın mənəvi idealını – amalını göstərməklə, dövrün tarixi xarakteristikasını lirik-epik lövhələrlə təsvir etməyə çalışmışdır. Bu əsər yazı stilinə, təsvir üsullarına, əsərin baş qəhrəmanının keçirdiyi iztirablara görə  İsveçrə yazıçısı Uisl  Rodalyun (1781-1830) “İsveçrəli Robinzon” əsərinə bənzəyir və dünya ədəbiyyatında onunla müqayisə edilə bilər.
Bu kitab uşaqlar üçün nəzərdə tutulsa da, əsərin süjetindəki mürəkkəb hadisələrə, yazıçının istifadə etdiyi lirik-epik lövhələrə görə yaşlılar üçün də xoş təəssürat oyada, onların sevimli kitabına çevrilə bilər. 
Alfred dö Breanın “Bir balaca parislinin həyatı” romanı Rəşid bəy Axundov tərəfindən 1874-1878-ci illərdə tərcümə edilmiş və azərbaycanca olan mətn onun atası böyük ədib M.F.Axundov tərəfindən redaktə olunmuşdur.
					ISBN:
									9789952268553
								Жанр:
									Uşaq ədəbiyyatı
								Издательство:
									Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
								Переплёт:
									Мягкий
								Автор:
									Alfred Dö Brea
								язык:
									Азербайджанский
								Серия:
									Dünya Uşaq Ədəbiyyatı
								Метка:
									Ekspress
								Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары
Покупают вместе