Fyodor Mixayloviç Dostoyevskinin XIX əsrin 60-cı illərində (1866) meydana gələn "Cinayət və cəza" romanı rus milli, mədəni, ictimai tarixinin mürəkkəb dövrlərindən birini əks etdirir. Bu elə bir dövr idi ki, Rusiya təhkimçilik hüququndan təzəcə azad olmuş və hələ özünün gələcək inkişaf yollarını dəqiq müəyyənləşdirməmişdi. Rusiya hansı yolla gedəcəkdi? O, Avropa kapitalist inkişaf yolunu seçəcək, yoxsa öz milli ənənələrinə əsaslanaraq yeni, Avropa xalqlarından fərqli bir yolla gedəcəkdi? Bu sualların dəqiq və birmənalı cavabı yox idi və 60-cı illər rus ədəbiyyatı bu məsələ haqqında dərindən düşünürdü. Dostoyevski Çernışevskidən fərqli olaraq Rusiyanın gələcək nicatını inqilabda və ədalətli sosial quruluşda, yəni sosializmdə deyil, xalqın, millətin rus pravoslav dininə tapınaraq mənəvi kamilləşmə yolunu seçməsində görürdü. O dövr üçün Çernışevskinin fikirləri daha aktual, daha real görünürdü. Rusiya nəhayət ki, müəyyən müddətdən sonar sosializm deyilən məqsədə nail oldu. Lakin geniş tarixi kontekstdə Dostoyevski fikirləri həqiqətə daha yaxın idi, çünki onlar rus milli ruhunun, milli xarakterinin, milli mədəniyyətinin əsaslarını və dərin təmayüllərini daha dürüst ifadə edirdi. Bugünkü nöqteyi-nəzərindən diqqət yetiriləndə Dostoyevskinin fikirlərinin özünü doğrulduğunu görürük.
ISBN:
2000923376372
Жанр:
Klassika
Издательство:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Переплёт:
Мягкий
Автор:
Fyodor Dostoyevski
Количество страниц:
636
язык:
Азербайджанский
Серия:
Qırmızı Klassika
Метка:
Bestseller, Ekspress
Отзывы о товаре 10
Əsəri dünən bitirdim, incəliklərindən və təsirindən gecə yata bilmədim. Mən Bit deyiləm.
"Cinayət və Cəza" mənim ən son oxuduğum kitabdır. Çox güman birdə bu qədər maraqlı əsər yazan olmayacaq. Möhtəşəmdiyeeeee✨✨✨✨✨
Oxumaq məsləhətdir
Oxumayan hər kəsə tövsiyə edirəm.
Cəmiyyətin öz gənc, uğursuz fərdinə qarşı laqeyd və qəddar münasibəti sonda həmin gəncin dəhşətli cinayət törətməsinə səbəb olur. Həmin gənc isə öz etdiklərini tarixi şəxsiyyətlərin etdikləri ilə müqayisə edərək mənəvi rahatlıq tapmağa çalışır. Amma sonda Sonyanın təsiri altında etdiklərini etiraf edib layiq olduğu cəzasını çəkmədən heç bir halda mənəvi rahatlıq tapmayacağını dərk edir. Dostoyevskinin başqa əsərləri kimi bu əsər də bir çox digər ədəbiyyat şedevrlərinin yaranmasına öz təsirini göstərmişdir.
Gözəl
Salam.Kitab nece sehifedir?
Salam.Cinayət və cəza kitabı ikinci cilddi?
Salam. Kitabda bütün hissələr bir yerdədir.
alinino.az, 02.04.2021 в 11:35
Похожие товары
Покупают вместе