Amin Maalouf 1949-cu ildə Livanda dünyaya göz açıb. İqtisadiyyat və sosiologiya fakültəsini bitirdikdən sonra jurnalist kimi fəaliyyət göstərib. 1976-cı ildən etibarən Parisdə yaşayır. Müxtəlif redaksiyalarda yönətici və köşə yazarı kimi fəaliyyət göstərən Maalouf hazırda vaxtının əksəriyyətini kitab yazmaqla keçirir. Çox yaxşı tanıdığı Asiya və Aralıq dənizi bölgəsinin mif və əfsanələrini əsərlərində məharətlə qələmə alan Maalouf “Les Croisades vues par les Arabes” (“Xaç yürüşü ərəblərin gözü ilə”) (1983) adlı ilk kitabı ilə uğur qazandı və kitabın tərcümə edildiyi dillərin ölkələrində tanındı. 1986-cı ildə nəşr edilən və eyni ildə “Fransa-Ərəb dostluq mükafatı”nı alan ikinci kitabı (ilk romanı) “Leon l’Africain” (“Afrikalı Leo”) isə bu gün “klassiklər” sırasında yer almaqdadır. Maalouf 1988-ci ildə yayımlanan “Samarcande” (“Səmərqənd”) əsəri də böyük coşqu doğurmuş və bir çox dillərə tərcümə edilmişdir. “Səmərqənd”dən sonra qələmə aldığı digər iki əsəri – “Les Jardins de lumière” (“İşıq bağçaları”) (1991) və “Le Premier Siecle après Béatrice” (“Beatrisdən sonra birinci əsr”) (1992) əsərləri də roman janrında yazılmışdır. Amin Maalouf 1993-cü ildə işıq üzü görən “Le Rocher de Tanions” (“Tanios qayaları”) əsəri ilə “Goncourt” mükafatına layiq görülmüşdür. “Les Echelles du Levant” (“Şərqin limanları”) romanı 1996-cı ildə, “Les İdentité Meurtrière” (“Ölümcül şəxsiyyətlər”) adlı esselər toplusu isə 1998-ci ildə nəşr edilmişdir. 2000-ci ildə Maalouf “Le Périple de Baldassare” əsəri yayımlandı. Finlandiyalı musiqiçi Kayya Saariaxonun bəstələdiyi opera üçün yazdığı “Uzaqdan məhəbbət” (2002) Maalouf ilk librettosudur. 2004-cü ildə “Origines” (“Başlanğıclar”) romanı, 2006-cı ildə ikinci librettosu “Adriana Mater”, 2009-cu ildə isə ikinci esselər toplusu “Le dérèglement du monde” (“Dünyanın əxlaqsızlığı”) əsərləri yayımlanmışdır. Amin Maalouf 2011-ci ildə Fransız Akademiyasına üzv seçilmişdir.
ISBN:
2001105524635
Жанр:
Roman
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Мягкий
Автор:
Amin Maalouf
Количество страниц:
436
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 7
Kitab seçimləri çox genişdir və saytın istifadəsi çox rahatdır. Sifariş verdiyim kitabları qısa müddətdə qapıma gətirdilər. Müştəri xidmətləri də hər mərhələdə kömək edir, tam məmnun qaldım. Bu xidmətdən çox razıyam! Sayt əla çalışır.
Kitab mənim üçün tarixi biliklərimi genişləndirmək üçün mükəmməl bir mənbə oldu.
Bu kitab sayəsində tarixə olan marağım daha da artdı. Hər səhifəsi dolğun və maraqlı faktlarla zəngindir.
Vaxtımı ayırıb oxumağıma dəydi.
Klassik yazıçılar, qısa müraciətlər və poetika bacarığı ilə tanınır, bu da əsərlərini mühüm edir.
Mütaliyə etməyi sevən bûtün oxucular bəyənər məncə. Oxumağa dəyər.
Amin Maaloufdan tarixi oz xeyal mehsullari ile bezediyi mphteshem bir eser.
Похожие товары
Покупают вместе