Tarixi gerçəkləri və yaşadığı dövrü araşdıran əsər ideal dövlət
axtarışındadır. O, başlıca meyar olaraq ədalətliliyi götürür; ictimai fikir
tarixində ilk dəfə əmək bölgüsünün yeri və rolundan söz açır. Dövlət
idarəçiliyinin bu bölgüdə layiqincə təmsil edilməsi zərurətini göstərir.
İnsan psixologiyası ilə ictimai hadisələr arasındakı əlaqələrdən danışır.
Dövlət quruluşlarının təbiəti ilə insanın mənəvi xüsusiyyətləri arasında
uyğunluğa əyani misallar gətirir. Poeziyanın, incəsənətin, həmçinin
fəlsəfənin dövlət həyatında yeri və rolu barədə danışır. Sokrat ilə yaxın
tanışlarının dialoqu şəklində qurulmuş əsər cəlbedici bədii üslubda
qələmə alınıb. Süjet oxucunu gərginlikdə saxlayır və yalnız oxumağa
deyil, həm də qoyulan suallar üzərində düşünməyə sövq edir.
ISBN:
9789952385403
Жанр:
Fəlsəfə
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Твердый
Автор:
Platon
Количество страниц:
448
язык:
Азербайджанский
Серия:
Qızıl klassika
Метка:
Bestseller, Ekspress
Отзывы о товаре 6
Kitab sadəcə bir sözlə möhtəşəmdi. Kifayət qədər axıcı və başa düşülən tərzdə yazılıb. Bəzi yerlərdə Platonun fikirləri ilə razılaşmamaq olur, ancaq 2500 illik fərq gərək nəzərə alına. Kitab sadəcə Platonun ideal dövlət axtarışından ibarət deyil daha artıq şeylər var. Mağara aleqoriyası, məni ən çox cəlb edən, 7ci kitab, idi. Gerçək olan şeylər ancaq düşüncələrdi, fikri heç də mənə uzaq deyil. Məncə analiz etmə, sorğulama qabiliyyəti olan hər kəs bu kitabı oxumalıdır.
Əla xidmət və göstərdiniz! Kitabımı çox tez çatdırdılar və paketləmə çox gözəl idi.
Əli və Nino mağazasından kitab sifariş etmək çox rahatdır. Həm seçimlər, həm də xidmət əladır. Hər bir əməkdaşınıza təşəkkür edirəm, kitabı da çox bəyəndim.
Möhtəşəm kitabdır.
Fəlsəfəylə maraqlanan varsa, mütləq oxusun. Həyatı fərqli gözlə görmək istəyənlər üçün əla seçimdi.
Mən məsləhət görərdim ki, oxuyasınız. Fəlsəfi mövzuda yazılmış güclü kitabdır.👍👍
Похожие товары
Покупают вместе