Tarixi gerçəkləri və yaşadığı dövrü araşdıran əsər ideal dövlət
axtarışındadır. O, başlıca meyar olaraq ədalətliliyi götürür; ictimai fikir
tarixində ilk dəfə əmək bölgüsünün yeri və rolundan söz açır. Dövlət
idarəçiliyinin bu bölgüdə layiqincə təmsil edilməsi zərurətini göstərir.
İnsan psixologiyası ilə ictimai hadisələr arasındakı əlaqələrdən danışır.
Dövlət quruluşlarının təbiəti ilə insanın mənəvi xüsusiyyətləri arasında
uyğunluğa əyani misallar gətirir. Poeziyanın, incəsənətin, həmçinin
fəlsəfənin dövlət həyatında yeri və rolu barədə danışır. Sokrat ilə yaxın
tanışlarının dialoqu şəklində qurulmuş əsər cəlbedici bədii üslubda
qələmə alınıb. Süjet oxucunu gərginlikdə saxlayır və yalnız oxumağa
deyil, həm də qoyulan suallar üzərində düşünməyə sövq edir.
ISBN:
9789952385403
Janr:
Fəlsəfə
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Bərk
Müəllif:
Platon
Səhifə sayı:
448
Dil:
Azərbaycan
Seriya:
Qızıl klassika
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 5
Əla xidmət və göstərdiniz! Kitabımı çox tez çatdırdılar və paketləmə çox gözəl idi.
Əli və Nino mağazasından kitab sifariş etmək çox rahatdır. Həm seçimlər, həm də xidmət əladır. Hər bir əməkdaşınıza təşəkkür edirəm, kitabı da çox bəyəndim.
Möhtəşəm kitabdır.
Fəlsəfəylə maraqlanan varsa, mütləq oxusun. Həyatı fərqli gözlə görmək istəyənlər üçün əla seçimdi.
Mən məsləhət görərdim ki, oxuyasınız. Fəlsəfi mövzuda yazılmış güclü kitabdır.👍👍
Bənzər məhsullar
Bununla birlikdə alırlar