Bu kitab ədəbiyyatımızın ən məşhur və qalmaqallı əsərlərindən biridir. Dünyanın 33 dilinə tərcümə olunub və 66 ölkədə nəşr edilib. Əksər avropa ölkələrində ƏSRİN ROMANI kimi dəyərləndirilib.
Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə "tərəqqi etmiş" Qərb və "geridə qalmış" Şərqin qovuşduğu Bakıdır.
Tarixin təlatümlü hadisələri fonunda Müsəlman Əli və Xristian Ninonun məhəbbət hekayəsi heç bir oxucunu laqeyd qoymayacaq.
"Cəlbedici və gözəl tarixdir... Canlı baxış, mədəniyyətlərin toqquşması və ölməz məhəbbət" The Times
"Ölməz şedevr... Bədii ədəbiyyatda buna oxşar heç bir məhəbbət tarixiniz xatırlaya bilmirəm". The Washington Post
Əli və Nino çox dəyərli bir əsərdir. Kitabı oxuduqca hər səhifədə yeni bilgilər əldə etdim. Heyranlıqla oxudum.
Zəminə
29.10.2024 в 19:55
Əli və Nino əsəri çox maraqlı və düşündürücüdür. Əli və Ninodan almaq da çox rahat oldu və kitab tam zədəsiz şəkildə mənə çatdırıldı. Həm də qiymətlər uyğun idi, mütləq yenidən sifariş verəcəyəm.
Ayla
05.10.2024 в 17:14
Mənim favori əsərim ❤️❤️❤️❤️
Hicran Hüseyli
23.08.2024 в 20:41
Personajlar çox yaxşı işlənib, özümü hekayənin içində hiss etdim. Kitabın atmosferi çox gözəldir. Hər kəsə oxumağı tövsiyə edirəm.
K. Vüsalə
25.05.2024 в 22:38
Həqiqətən oxumağa dəyər əsərdir. Bu romanı oxuduqca sanki eyni anda, bir neçə kitab oxuyuram. Həm tarixi hadisələri, həm də özündə sevgini birləşdirən ecazkar bir romandır.
Ələkbərova Almaz
05.05.2024 в 15:11
Əsl eşq hekayəsidir. İki gəncin biri-birinə olan saf duyğuları... ❤️❤️
Namiq
21.03.2024 в 08:56
Bir çox sevgi romanı oxumuşam, amma bu məni həqiqətən dəhşətə gətirdi. Personajlar çox reallığına uyğun idi və hər bir səhifəsində məni sürükleyən bir hikayə var idi. Əladır!"
Gülay
18.02.2024 в 18:14
Əsəri artıq ikinci dəfədir ki oxuyuram, çox bəyənirəm. Çox təsirli əsərdir. Həm vətənpərvərliyi həm də sevgini özündə birləşdirən heyrətamiz bir əsərdir .
Mələk
27.11.2023 в 19:42
Kitabın köhne cildini rəfiqəmdə gormüsdüm. Xoşuma gəlmişdi. Amma özümə yeni cildini aldım çox xoşuma gəldi.
Şirvan
12.11.2023 в 15:12
Kitabı bir əlimə almağıma xatırlayıram. Birdə baxdım ki son səhifəsini oxuyuram. Oqeder mararaqlı idi ki, birdəfəyə oxuyub biturmək istədimki sinunu bilim.
Kamilə Nəbiyeva
24.10.2023 в 23:39
Klassik əsərləri oxumaq məni əsl düşünməyə və ana fikirləri anlamağa kömək etdi.
Lalə
13.01.2023 в 18:44
Yeni nəşr çox uğurlu alınıb
Gülü Kazımbəyli
10.12.2022 в 19:37
Romanı bir neçə il öncə oxumuşdum.Çox təsirlənmişdim.Möhtəşəm əsərdir.Kitabı yeni üz qabığı ilə görəndə diqqətimi cəlb etdi.Yeni nəşri də aldım ki,kitabxanama rəng qatsın
Gunel
10.12.2022 в 18:33
Mence, kitabi filminden daha tesirlidir. Cox axici dille yazilib. Heyretamiz bir sevgi hekayesidir. Tovsiye edirem