Gənc tədqiqatçı Həsən Nemətzadə uzun müddət üzərində çalışdığı elmi işini Ali attestasiya
komissiyasına təsdiq üçün göndərir. Əsər elmi işə baxılması üçün uzun müddət keçdikdən sonra elmi
ekspert şurasında müdafiə müzakirə zamanı baş verən proseslərin və iddiaçıya qarşı edilən haqsızıardan
bəhs edir. Konissiyanın ekspert şurasında iddiaçıya dissertasiya işinə aid olmayan suallar verməklə, onu
sıxışdırmaq üçün bütün vasitələrdən istifadə edir və onun elmi işini geri qaytarır. İddiaçı həmin iclasdan
çox sıxılmış vəziyyətdə çıxır və Sabir parkında əyləşərək baş verən prosesləri düşünür və gələcəkdə
atacağı addımları düşünür. Bundan sonra iddiaçının haqqını müdafiə etmək üçün mübarizəyə başlayır və
çətin bir yolu keçir. Kitabda əsərin qəhrəmanının xarici səfərləri və elmi işinin dünyanın bir çox
ölkələrində təqdimatı və başına gələn hadisələr nəql olunur. Əsərdə həmçinin H.Nemətzadənin sovet
psixologiyası və müstəqillik dövrünün yeni nəsli arasında olan fikir ayrılıqları və dünyagörüşləri geniş
izah edilir. Sovet dövründə müdafiə edən alimlərin təfəkkürlərində olan boşluqlar və dövrlə ayaqlaşa
bilməmələri müxtəlif boyalarla təsvir olunur. Eyni zamanda bu nəslin nümayəndələri olan Ekspert şurası
üzvlərinin insanları siniflərə bölərək yanaşmaları və ideoloji cəhətdən dövrlə ayaqlaşa bilməmələri
müxtəlif çalarlarla izah edilir. Əsərdə H.Nemətzadənin həyatının bir sıra çətin məqamları və fikirləri geniş
təsvir olunur. Əsər elmi və bədii ictimaiyyət üçün nəzərdə tutulmuşdur. Kitabda eyni zamanda müəllifin
iki hekayəsidə əlavə olunmuşdur.
Жанр:
Müasir nəsr
Издательство:
AFPoliqraAF
Переплёт:
Твердый
Автор:
Sadiq Həsənov
Количество страниц:
162
язык:
Азербайджанский
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары