Добро пожаловать в интернет-магазин www.alinino.az!
Доставляем заказы в Баку, регионы Азербайджана и страны мира!
Доставляем заказы в Баку, регионы Азербайджана и страны мира!
При заказе от 30 манат, доставка по Баку бесплатно.
.
Bu kitab Ermənistan SSR ərazisində Azərbaycan mənşəli oykonimlərin ilk tədqiqatçısı Sitarə Mirmahmudovanın (1927-1991) namizədlik dissertasiyası (1986) əsasında hazırlanmışdır. Həmin mövzu günümüzədək öz aktuallığını itirməyib. Müəllif minədək yaşayış yer adını tədqiq edərək sistemləşdirmiş, təsnifatını apararaq, toponimik xəritələr tərtib etmiş və müəyyənləşdirmişdir ki, Ermənistanda sovet hakimiyyəti qurulandan sonra, xüsusilə də 1930-cu illərdən başlayaraq, Ermənistan SSR ərazisində Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi və onların erməni adları ilə əvəz olunması siyasəti həyata keçirilmişdir. Sitarə Mirmahmudova yox olmaqla üz-üzə qalan xeyli sayda Azərbaycan mənşəli toponimini bir yerə toplayaraq toponimik fonda daxil etmişdir. Müəllif oykonimlərin yayılmasını qədim zamanlardan Cənubi Qafqazda məskunlaşmış türk xalqlarının tarixi ilə sıx və qırılmaz əlaqəli şəkildə araşdırmışdır. Ermənistan ərazisində rast gəlinən bir çox oykonimlərin, o cümlədən etnonimik oykonimlərin Azərbaycanda çoxsaylı paralelləri var. Bu da öz növbəsində həmin ərazinin tarixi Azərbaycan torpaqlarının, türk xalqlarının geniş yayılma arealının ayrılmaz hissəsi olduğunu bir daha sübut edir.
Сопутствующие товары
Товары из категории
комментарии0
комментарии