Türk dünyasının ən böyük şairlərindən olan Yunus İmrənin bu kitabı onun “Divan”ından seçmələrdir. Adından göründüyü kimi kitab gözəl bir gül dəstəsini, gül buketini xatırladır. İslam-irfan dünyagörüşünə söykənən və bu dərin mətləbləri sadə xalq dilində ustalıqla ifadə edən Yunus şeiri öz müəllifini yüz illərdir yaşatmaqdadır. Onu sevənlərin, könlünə sultan bilənlərin sayı heç vaxt azalmayıb. Yunus İmrə öz dövründə də, sonrakı əsrlərdə də həm şəxsiyyəti, həm yaradıcılığı ilə insanlara güclü təsir etmiş, bir çox şairlər ən yaxşı şeirlərini onun adı ilə yazmışdır. Bu böyük sənətkar bizim zamanımızda da çox sevilir, yaradıcılığı üzərində yeni şeirlər, musiqilər meydana gəlir. Yunus təkrar-təkrar oxunanda da təravətini itirmir, düşüncələrə aydınlıq, ürəklərə dinclik gətirir. Onun bu qədər sevilməsinin və yüz illərlə yaşamasının sirri həm də burdadır.
ISBN:
9789952380545
Жанр:
Классика/Klassika
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Bərk
Автор:
Yunus İmrə
Количество страниц:
256
язык:
Азербайджанский
Серия:
Dan Ulduzu
Метка:
Ekspress
Отзывы о товаре 5
Şeir kitabları arasında ən gözəl tapıntılardan biridir. Hər sözlə necə dərin mənalar çatdırıldığını görmək olduqca maraqlıdır.
Şeirin melodiyası və ritmi ruhuma musiqi kimi təsir edir. Bu, kitab mənə çox rahatlıq gətirir. Poeziya sevən hər kəs oxusun deyərdim.
Çox təşəkkür edirəm. Çox bəyəndim
Möhtəşəmdir!!
Hər yaşdan olan oxucunun diqqətini cəlb etməyi bacarır Yunis Imrə. ''Güldəstə'' kitabını oxuyub bitirdim. Müəllif dərin mətləbləri elə sadə dildə oxucuya çatdırıb ki, hər kəs nə demək istədiyini anlaya bilir.
Похожие товары
Покупают вместе