Bəzən ifrat naturalizmə müraciət edərək oxucunu şoka salmağına baxmayaraq, Bukovskinin mətnlərində özünəməxsus lirika, sentimentallıq hiss olunur. “Hollivud” romanının əsasında gerçək bir həyat hadisəsi dayanır: Bukovski rejissor Barbet Şröderin 1987-ci ildə təqdim etdiyi “Əyyaş” filminin ssenarisini yazan zaman baş verən hadisələrdən söhbət açır. Filmdə məşhur aktyorlar – Mikki Rurk, Fey Danauey rol almışdılar. Romanın dili səlisdir, təsvir olunan hadisələrə Bukovski özünəməxsus yumor və ironiya ilə yanaşmışdır.
Bu bir bədii əsərdir. Əsərdəki xarakterlərlə həyatda olan və yaxud dünyasını dəyişmiş insanlar arasında mümkün ola biləcək oxşarlıq təsadüfdən başqa bir şey deyil.
Код товара:9789952360059
Жанр:
Klassika
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Мягкий
Автор:
Çarlz Bukovski
Количество страниц:
315
язык:
Азербайджанский
комментарии1
Əyyaş" Filmini dəfələrlə izləmişəm. Çox xoşuma gəlir. Çarlz Bukovskinin bu əsərinidə sırf o filimlə əlaqəsi olduğuna görə oxumaq istəyirdim. Oxudum maraqlıda oldu.
комментарии1