Sabir bədii yaradıcılığa kiçik yaşlarında, Seyid Əzim Şirvaninin məktəbində oxuduğu zaman başlamış, ilk şeirlərini Şərqin Firdovsi, Sədi, Füzuli kimi böyük klassiklərinin təsiri ilə yazmışdır. Bu əsərlər lirik üslubda və əsasən qəzəl janrındadır. Başqa Azərbaycan sənətkarları kimi, Sabirin də qəzəllərinin ana xətti, leytmotivi məhəbbət duyğularının təsvir və tərənnümüdür.
Əsərlərinin bir qismində Sabir zəhmətkeşlərin qüdrətli müdafiəçilərindən biri olaraq bilavasitə xalqı öz haqqını başa düşməyə, birləşməyə çağırır. O, əməkçi insana məhəbbətini açıq bildirərək, “böyüklərin”, “zorbaların” zülmündən nifrətlə danışır. Belə əsərlərində o, fikirləri öz dilindən söyləyir. Əsərlərinin çoxunda isə şair istismarçı siniflərin nümayəndələrini danışdırmaq üsülundan istifadə edir. Belə əsərlərdə mənfi surətin özü eyiblərini etiraf edib, daxili aləmini açır. O öz sözləri ilə oxucunu özünə güldürür. Başdan-ayağa kinayə və istehza ifadə edən belə şeirlərə “satirik monoloq” adı vermək olar.
ISBN:
2000031554631
Жанр:
Klassika
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Твердый
Автор:
Mirzə Ələkbər Sabir
Количество страниц:
448
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 7
Kitab oxumaq insanın düşüncələrini zənginləşdirir və dünyagörüşünü genişləndirir. Mən illərdir bu vərdişi qoruyub saxlayıram və hər kəsə tövsiyə edirəm.
Kitab hər 2 cildi əhatə edir ?
Bu birinci cilddi ?
Məncə hər bir azərbaycanlının evində olmalı, oxumalı olduğu kitablardan biridir. Şairin yazdığı şeirlərin hər biri sanki irihəcmli bir əsərdir. Hər sətrində o qədər dərin məna varki... İllərdir şairin şeirləri öz aktuallığını itirməyib. Kitabın yeni tərtibatını da bəyəndim.
Hər bir Azərbaycanlının oxumalı olduğu Hophopnamə 👍
Şeirləri yazıldığı gündən dillər əzbəri olan və bu günə kimi də aktuallığını itirməyən Mirzə Ələkbər Sabirin sağlığında kitabının çap olunmaması çoxlarına qəribə görünsə də, bu acı həqiqətdir. Şair dəfələrlə belə bir arzuda olduğunu bildirsə də, maddi sıxıntılar üzündən istəyi reallaşmamışdı...
Əla
Похожие товары
Покупают вместе