Çarlz Dikkensin “İki şəhərin hekayəti” əsəri ingilisdilli ədəbiyyatda populyar romanlardan biri hesab olunur. Elə təkcə ingilis dilində bu roman 200 milyon tirajla çap olunub.
Əsərin əsas qəhrəmanları Lüsi Manett və Çarlz Darney iki düşmən ailənin gəncləridi. Bu düşmənçilik ona gətirib çıxarır ki, Lüsinin atası doktor Manett iyirmi il həbsxanada yatır və nəticədə ağlını itirir. Təsadüf elə gətirir ki, Lüsi ilə Çarlz tanış olub bir-birini sevir, evlənirlər.
Həmin vaxt Böyük Fransız İnqilabı yetişmək üzrəydi. 1789-cu ildə Bastiliyanın alınmasıyla inqilab başladı. Fransa qan gölündə üzürdü- inqilab qurban tələb edirdi. Həmin qurbanlardan biri də Çarlz Darney olmalıydı və iş elə gətirdi ki, Çarlz Darney inqilabçıların əlinə keçdi. Artıq sağalıb ağlı başına gəlmiş doktor Manett, Lüsi, ailənin yaxın dostu, qoca bank işçisi mister Lorri gənc Çarlzı xilas etmək üçün əllərindən gələni edirlər. Lakin heç bir nəticə alınmır. Bu yerdə istedadlı vəkil, Lüsini hədsiz dərəcədə sevən, lakin onunla evlənə bilməyən vəkil Sidni Karton işə qarışır. Karton bu işə qarışmaya da bilərdi, lakin qarışdı və öz həyatı bahasına Lüsinin həyat yoldaşını ölümdən xilas etdi…
Dramatik hadisələrlə dolu, çox maraqlı bir əsər olan “İki şəhərin hekayəti” romanı Azərbaycan dilində ilk dəfə çap olunur.
ISBN:
9789952364217
Жанр:
Klassika
Издательство:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Переплёт:
Мягкий
Автор:
Çarlz Dikkens
Количество страниц:
424
язык:
Азербайджанский
Серия:
Qırmızı Klassika
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары
Покупают вместе