Nizami Gəncəvi yaradıcılığının ən yüksək zirvəsi və Şərq poeziyasının ən parlaq incisi sayılan “İskəndərnamə” “Xəmsə”nin beşinci kitabıdır. Dahi şair yaradıcılığının əzəmətli yekunu olan bu son əsərində ömrü boyu arzuladığı, həyatda görmək istədiyi ideal cəmiyyəti təsvir edib.
“Şərəfnamə”də İskəndərin elm və siyasət aləmindəki böyük nailiyyətləri göstərilir, onun tərbiyəsindən, təhsilindən, hökmdarlığından, yürüşlərindən və ümumiyyətlə, böyük şan-şövkətə çatmasından bəhs olunur.
“İqbalnamə” “İskəndərnamə”nin ikinci hissəsidir. İskəndərin kamil insan, alim və ağıllı, müdrik bir filosof kimi təsvir olunduğu bu hissədə Nizami ictimai, fəlsəfi düşüncələrə üstünlük verib, insan ağlının təntənəsindən bəhs edib, eləcə də insan və təbiət, yaradılış və dünya, həyat və ölüm, elm və din kimi məsələlərlə bağlı dövrün ən qabaqcıl görüşlərini əks etdirib.
“İqbalnamə” “Şərəfnamə” ilə bir yerdə bütöv əzəmətli əsər olan “İskəndərnamə”nin bir-biri ilə sıx bağlı iki budağıdır.
ISBN:
9789952369663
Жанр:
Klassika
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Nizami Gəncəvi
Количество страниц:
800
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 5
Əsərin hər səhifəsində bir məna, bir dərs var idi. Oxuduqca daha çox oxumaq və öyrənmək istədim.
Klassik ədəbiyyatın əsərləri mənim üçün bir mədəni zənginliyin ifadəsi kimi funksionallaşır. Onlar məni insanlığın tarixi, mədəni və ictimai ənənələri ilə tanış edir.
Bu nəşr nəsrlədi, yoxsa nəzm (yəni şeir) formsında?
Salam, bi kitabın köhnə nəşrlarini tapmaq olar?
Salam. Hazırda satışda yalnız bir nəşri (bu) var
alinino.az, 18.11.2021 в 15:07
Kitab nəsr yoxsa nəzm formasındadır?
Похожие товары
Покупают вместе