MÜƏLLİFDƏN
Kino fəlsəfəsi haqqında mətn yazmaq mənim çoxdankı istəyim olub və bu istək müxtəlif illərdə qələmə aldığım məqalələrdə, kitablarda məni həmişə bu maraqlı (eyni zamanda problematik) mövzuya tərəf çəkib, onun cazibə dairəsində saxlayıb, bir də baxıb görmüşəm ki, hansısa problemin tədqiqində, hansısa filmin, epizodun təhlilində sövqtəbii kino fəlsəfəsinin kanonları ilə düşünürəm.