Bəzən doğulub boya-başa çatdığımız şəhərlərin hekayələrini bilmək, onların başqa şəhərlərdən fərqli olduğunu görmək çətin olur. Qarşısından keçib getdiyimiz binaların, şəhərin, ya da dənizin ortasındakı qüllələrin özündə hansı böyük sirləri gizlətdiyini bilmirik. Çünki onları həmişə olduqları yerdə görmüşük. Onlar gündəlik həyatın içindən çıxıb sizə özlərini göstərməyi bacarmazlar.
Kitabı oxuyarkən tanış olacağımız Masal da yaxın dostu olan müdrik qarğa Qaranı tanıyana qədər İstanbulun küçələrini gəzərək necə bir macəraya atıla biləcəyini ağlına belə gətirməzdi.