Əsərdə hadisələr, əsasən, Moskvada cərəyan edir. Burada detallar doğru-dürüst təsvir olunur: ziyalı elitasından ta vətəndaş kütləsinə, qulluqçulara, evdar qadınlara, küçədən keçənlərə, Varyete tamaşaçılarına qədər bütün şəhər əhalisi təqdim edilir. Onlar nə qədər müxtəlif olsalar da, ancaq bir cəhət ümumidir: əslində, onlar nə adamdırlar, nə də “canlıdırlar”, proqramlaşdırılmış varlıqlardır. Bulqakov Moskvasının hər bir sakini müəyyənləşdirilmiş istiqamət üzrə hərəkət edir, hər bir sosial statusun daşıyıcısı üçün nəzərdə tutulmuş hüdudlarda düşünə bilir. İnsanlar arasında əlaqələr, münasibətlər forması və strukturu dəyişməz qalır. Bu proqramlaşdırılmış çevrədən çıxmağa kimsənin gücü çatmaz. Onların varlığı elə-belə, sanki, riyazi minus işarəsi ilə, “tərsinə” mövcudluqdur. Bu məntiqlə yanaşılsa, Bulqakovun Marqaritası nə Madonnadır, nə də ifritə. Onun cinə-şeytana uyması nə günah, nə də tənəzzüldür, sağlamlıq və uçuşdur, özü də simvolik mənada deyil, nağıl fəlsəfəsində süpürgəyə minib uçmaq gerçək uçuşdur: şeytan onu sehrli avtomobilə mindirir. Burada hər şey əksinədir: Marqarita uşağı öldürmür, amma panikaya düşmüş evdə balaca oğlanı sakitləşdirir, onu oxşayır, anası Fridanı lənətdən xilas edir...
ISBN:
2000923376891
Жанр:
Klassika
Издательство:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Переплёт:
Мягкий
Автор:
Mixail Bulqakov
Количество страниц:
408
язык:
Азербайджанский
Серия:
Qırmızı Klassika
Метка:
Bestseller, Ekspress
Отзывы о товаре 4
Bulqakov ustalıqla fantastik elementləri real hadisələrlə qarışdırıb. Master və Marqaritanın məhəbbət hekayəsi, eyni zamanda Şeytanın Moskvaya gəlişi və Ponti Pilatın keçmişində yaşanan dramatik olayları məni kitabın zəncirinə saldı. Xüsusilə Woland obrazı çox güclü xarakterdir ve ən maraqlısıda odur ki, müəllif məni bir oxucu kimi yaratdığı obraza inandıra bildi. Uzun sözün qısası, özün oxusanız necə unudulmaz əsər olduğunu görəcəksiniz.
Bu kitab hər kəsin oxuması üçün uyğundur. Mövzu və yazı dili universaldır, hər zövq sahibinə müraciət edir.
Tərcümədə tam lzzət almaq olmasa da, məsləhətlidir. Rus ədəbiyyatını anlamaq istəyən mütləq oxumalıdır. Yaxşı olar ki, Bulqakovdan öncə Qoqol oxunsun, çünki Bulqakov onun davamıdır, onu öz müəllimi sayıb.
Mistik Dunyaya seyahet
Hadiseler sanki indiki dovrumuzde bas verir,valeh olmamaq mumkunsuzdur.
Hadiseler sanki indiki dovrumuzde bas verir,valeh olmamaq mumkunsuzdur.
Похожие товары
Покупают вместе