Toy ərəfəsində olan gənc Nərminlə nişanlısı Fərhadın
qəfil ayrılığı silsilə qətllərlə müşayiət olunur. Əvvəlcə
Fərhadın özünün qəzaya düşərək ölməsi xəbəri yayılır.
Dalınca Nərminin anası öldürülür. Sonra gənc bir qadın...
Daha sonra tanınmış bir həkim... Qatil öldürdüyü adamların
ovcunda Nərminə sevgi məktubu göndərir. Beləliklə,
şübhələr qəzada öldüyü ehtimal olunan Fərhadın üzərində
cəmləşir.
Belə bir vəziyyətdə cinayət-axtarış şöbəsinin rəisi İmran
bəy işə başlayır. Nərmin də anasının qatilini tapmaq
və ətrafındakı müəmmanı çözmək üçün ona yardım edir.
Lakin iş getdikcə çətinə düşür. Hətta İmranın hüquq-mühafizə
orqanlarından kənarlaşdırılması ilə nəticələnir.
İnadkar qəhrəman isə geri durmur. İşi sona çatdırıb qatili
yaxalayır.
Kitabda maraqlı detektiv süjet qarışıq sevgi münasibətləri
ilə çarpazlaşaraq mürəkkəb bir düyünə çevrilir. Finala
doğru bu düyün açılır və hər şey oxucu üçün aydınlaşır.
Lakin heç kimin gözləmədiyi qeyri-adi bir sürprizlə...
ISBN:
2000923378147
Жанр:
Detektiv
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Mürşüd Mehdi
Количество страниц:
400
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 9
Hekayəsi çox maraqlı və gözlənilməz idi. Oxumaqdan böyük həzz aldım.
Kitab 400 səhifəlik qalın bir kitabdır. Cildi çox keyfiyyətli hazırlanıb. Vərəqləri biri-birini möhkəm birləşdirilib. İçinidə vərəqləyib baxdım. Yazıları aydın çap olunub. Amma hələ oxumamışam. Çünki, bu gun götürdüm sifarişimi. İnşallah əsərin özünüdə belə bəyənərəm.
Dedektiv sevirsinizsə yəqin ki, oxumusunuz bu kitabı. Amma hələdə oxumayanlar varsa. Mütləq oxusunlar. Dəhşət dərəcədə maraqlı əsərdir.
Mən saysız-hesabsız dedektiv kitablar oxumuşam. Ancaq bu qədər gerçək yazılmış, maraqlı həyət hekayəsi oxumamışdım. Stokda bitmədən alıb, oxuyun bu kitabı. Hədsiz maraqlıdır.
Əli və Nino saytına baxanda hər zaman istədiyim kitabları tapıram. Klassiklərdən tutmuş yeni nəşrlərə qədər geniş seçim imkanı var. Mən bu dəfə muasir yazarlardan oxumaq istədim. Diqqətimi çəkdi, bu kitabı sifariş verdim. Hələki bir iki səhifəsini oxumuşam maraqlı gəlir.
Sifarişi verdikdən sonra kitab qısa müddətdə əlimə çatdı. Hekayə məni o qədər özünə cəlb etdi ki, onu bir nəfəsə oxumaq istəyirdim. Kitabın təsviri çox dolğun və maraqlıdır. Xidmətinizə görə təşəkkürlər!
Həmişə mağazalarınızdan yerində alış-veriş edirdim. Bu dəfə evdən çixmağa vaxt olmadı, uşaqlarımın bayram hədiyyələrini sizdən onlayn yolla sifariş verdim. Gördüm yeni kitablarınızda var. Özüm üçündə kitab sifariş verdim. Bu sahədə sizə rəqib tanımıram. İşinizin əsl peşəkarısınız! Sifarişimdə nə göstərmişdimsə, hamısını düzdün hazırlayıb göndərmişdiniz. Bir daha var olun, Ali&Nino!
Çox sürətli çatdırılma və əla xidmət üçün təşəkkürlər. Hər şey çox yaxşı idi.
Əsərin son səhifəsində möhtəşəm final səhnəsi ilə qarşılaşdım.
Похожие товары
Покупают вместе