Dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin ərəb dilində qələmə aldığı “Mətləül-etiqad” əsəri onun qəzəl ustadı olmaqla yanaşı, həm də böyük bir filosof olduğunun ən böyük sübutudur. Bu əsər onun kainatın yaradılışı, insan idrakının sərhədləri və yaradanın mahiyyəti barədə fəlsəfi düşüncələrinin sistemli xülasəsidir. Kitabda Aristoteldən İbn Sinaya, kəlam məktəblərindən sufi düşüncəsinə qədər uzanan fəlsəfi mirasın hərtərəfli təhlilindən sonra Füzuli öz orijinal yanaşmasını təqdim edir.
Həm geniş oxucu kütləsi, həm də elmi ictimaiyyət, şərqşünas və fəlsəfə həvəskarları üçün nəzərdə tutulan bu nəşr əvvəlki tərcümələrdən əsaslı şəkildə fərqlənir. Belə ki, kitabın digər nəşrlərində buraxılan ciddi səhvlər aradan qaldırılmış, həmçinin terminlər müasir dilə uyğunlaşdırılmışdır.
ISBN:
9789952580945
Жанр:
Klassika
Издательство:
İrşad
Переплёт:
Yumşaq
Автор:
Məhəmməd Füzuli
Количество страниц:
112
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары