Böyük mütəfəkkir Nəcəf bəy Vəzirov 1896-cı ildə yazdığı “Müsibəti-Fəxrəddin” əsəri ilə Azərbaycan ədəbiyyatı tarixində faciə janrının əsasını qoyub. Pyesin əsas qayəsi mühafizəkarlıq, savadsızlıq və yenilik arasında gedən mübarizədir. Müəllif nə qədər işıqlı olsa da, cəmiyyət tərəfindən dəstəklənməyən ideyaların məğlubiyyətə məhkumluğunu təsirli boyalarla oxucuya çatdırır, özbaşınalığın, qanunsuzluğun baş alıb getdiyi, dərəbəyliyin hökm sürdüyü yerdə ədalətin olmadığını göstərir. Kitabda yer alan “Keçmişdə qaçaqlar” pyesində isə müəllif çar hökumətinin ədalətsiz idarəetmə sistemini, məmurların özbaşınalığını ifşa edir.
ISBN:
9789952596311
Жанр:
Klassika
Издательство:
Xan Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Nəcəf bəy Vəzirov
Количество страниц:
104
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары