Kitab Nobel qardaşlarının həyatını və fəaliyyətini işıqlandırır.
İsveçli ixtiraçılar nəhəng sənaye imperiyalarını necə yaratdılar?
Nobellər təkcə uğurlu sahibkar deyildilər, həm də işçilərə fərqli münasibət göstərməklə yeni bir cığır açmışdılar. Hələ 1870-ci ildə onlar gəlir bölgüsü sistemini tətbiq etmişdilər. Bu bölgü əsasında mühəndislər və işçilər mənfəətin 40 faizə qədərini ala bilirdilər. Onlar Peterburqdakı mexaniki zavodun və Zaqafqaziyadakı neft şirkətlərinin fəhlələri üçün yaşayış evi tikir, onların uşaqları üçün məktəblər açırdılar. Birinci Dünya müharibəsi illərində Qırmızı Xaç xəstəxanaları həmin müəssisələrin binalarında yerləşirdi. Nobel ailəsinin üzvləri həmişə rifah və demokratiya azlığından əziyyət çəkən ölkədə nümunəvi kapitalistlər idilər.
Код товара:9789952386677
Жанр:
Bioqrafiya
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Твердый
Автор:
Benqt Yanqfeldt
Количество страниц:
456
язык:
Азербайджанский
Метка:
Ekspress
комментарии4
Nobel qardaşları haqqında yazılmış ən maraqlı və məlumatları dəqiq olan kitablardandır. Yorulmadan, böyük həvəslə oxuyuram.
Hamımız üçün maraqlı olan 'Nobel' haqda məlumat almaq üçün əla kitabdır, qardaşların həyatı haqda məlumatlar isə dəqiq və yerli-yerindədir
Oxumağa dəyər. Kitabdan, Nobel qardaşlarının həyatı barəsində bütün məlumatları aldım. Eyni zamanda oxuduqca yeni nərsə yaratmaq, ixtira etmək həvəsi yaradır bu kitab.
Hər zaman Nobel qardaşları haqqında oxumaq, daha sistemli məlumat almaq istəyirdim. Bu kitab tam istədiyim kitabdır. Həvəslə oxuyuram. Tərtibatı, yazısı mükəmməldir. Ali Nino təşəkkür edirəm sizə 👍
комментарии4