Kitab Nobel qardaşlarının həyatını və fəaliyyətini işıqlandırır.
İsveçli ixtiraçılar nəhəng sənaye imperiyalarını necə yaratdılar?
Nobellər təkcə uğurlu sahibkar deyildilər, həm də işçilərə fərqli münasibət
göstərməklə yeni bir cığır açmışdılar. Hələ 1870-ci ildə onlar gəlir bölgüsü sistemini
tətbiq etmişdilər. Bu bölgü əsasında mühəndislər və işçilər mənfəətin
40 faizə qədərini ala bilirdilər. Onlar Peterburqdakı mexaniki zavodun və Zaqafqaziyadakı
neft şirkətlərinin fəhlələri üçün yaşayış evi tikir, onların uşaqları
üçün məktəblər açırdılar. Birinci Dünya müharibəsi illərində Qırmızı Xaç
xəstəxanaları həmin müəssisələrin binalarında yerləşirdi. Nobel ailəsinin üzvləri
həmişə rifah və demokratiya azlığından əziyyət çəkən ölkədə nümunəvi
kapitalistlər idilər.