Viktor Hüqonun, 1829-cu ildə nəşr olunmuş ilkin əsərlərindən olan qısa bir romanıdır. Əsərdə, edama məhkum edilmiş şəxsin öz dilindən son günləri nəql edilir. Romanın əsas məqsədi edam qanununun faciyəvi gerçəkliyini göz önünə sərməkdir. Belə ki, məhkum üçün düzəlmə haqqını tamamı ilə yox edən edam, həm də, sağalacaq bir çox yaranı da çiy qoyur. Edam, sadəcə məhkum üçün deyil, eyni zamanda onun yaxınları üçün də bir faciə xarakteri daşıyır. Məzmun etibarilə olduqca təsirli olan bu əsər, xüsusən də, məhkumun kiçik qızı ilə olan görüş səhnəsi ilə insanda qəribə bir əhval yaradır. Kitabda məhkum: "Bir müddət öncə mən də hər kəs kimi bir insan idim" - deyir. Lakin, bir müddət ərzində O, zahirən o qədər dəyişir ki, hətta öz qızı belə onu tanımır. Bu ifadələr öz ölümünü gözləmənin insan üzərində yaratdığı təsirin bir nümunəsidir. Bəli, edamı qorxunc qılan, başın Gilyotin adı verilən xüsusi bir mexanizma arasında kəsilməsi ilə yanaşı, həm də, insanın, onun üçün müəyyənləşdirilmiş bir ölüm gününü bilməsi və gözləməsidir. Ölüm hər kəs üçün var. Kitabda belə bir cümlə mövcuddur: "Əslində hər kəs, GÜNÜ NƏMƏLUM bir ölümün məhkumudur." lakin, öləcəyimiz anı bilmək, hətta ölümün özündən belə daha qorxuncdur
ISBN:
2000053297967
Жанр:
Klassika
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Мягкий
Автор:
Viktor Hüqo
Количество страниц:
144
язык:
Азербайджанский
Серия:
Mini Klassika
Метка:
Ekspress
Отзывы о товаре 14
BU ƏSƏR ÇOX TƏSİRLİ ƏSƏRDİR
BU EDAM MƏHBUSUNUN NƏ HİSSLƏR YAŞADIĞINI BU KİTAB VASİTƏSİLƏ MÜƏYYƏN ETMƏK OLAR ƏN AZINDAN TƏSƏVVÜR ETMƏK OLAR VİKTOR HÜQONUN ŞAH ƏSƏRLƏRİNDƏN BİRİDİR . KİTAB HƏCMİNƏ GÖRƏ KİÇİK OLSADA MƏNA ETİBARİLƏ ÇOX BÖYÜKDÜR ..UĞURLAR ...
BU EDAM MƏHBUSUNUN NƏ HİSSLƏR YAŞADIĞINI BU KİTAB VASİTƏSİLƏ MÜƏYYƏN ETMƏK OLAR ƏN AZINDAN TƏSƏVVÜR ETMƏK OLAR VİKTOR HÜQONUN ŞAH ƏSƏRLƏRİNDƏN BİRİDİR . KİTAB HƏCMİNƏ GÖRƏ KİÇİK OLSADA MƏNA ETİBARİLƏ ÇOX BÖYÜKDÜR ..UĞURLAR ...
Super idi
Möhtəşəm idi
Əla idi
Oxuduqdan sonra insan bir neçə gün olanları yadından çıxarda bilmir
Cog gözəl kitab idi
Hüqo'nun kitabları insan ruhunu dərinləşdirməyə kömək edir. Onun unikal təsvirləri və şəxsiyyətləri məni həmişə təsir edir.
Viktor Hüqo həm də siyasi xadim kimi tanınır. Onun monarxiyaya qarşı mövqeyi və insan haqlarını müdafiə etməsi Fransa cəmiyyətinə böyük təsir göstərmişdir.
👍👍
Bu kitabda bir insan həqiqətən törətdiyi əmələ görə ölümə mühakimə olunmalıdır yoxsa yox suallarına aydınlıq gətirir.
Ölümə bir addım qalmış insanın keçirdiyi psixoloji vəziyyətləri çox gözəl dillə təsvir edir 👍
👍👍👍👍👍
I look forward to reading. I am currently reading another book. Bunch of thanks
Möhtəşəm əsərdir. Mütləq oxuyun. İnsanın daxili hislərini möhtəşəmliklə qələmə alan yazıçı Viktor Hüqo, bu kiçik həcmli, böyük mənalı əsərlə çox şeyləri bizlərə çatdırır. Ən sevdiyim əsərlər sırasındadır...
Похожие товары
Покупают вместе