Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина

Hüseynin kitabları

Salam. Mən bir roman qəhramanıyam. Romanlardan süzülüb gələn düşüncənin, ətə və sümüyə bürünmüş halıyam. Kitab oxumağı bir yaşam tərzinə çevirmişəm. Bu blogda bəyəndiyim, təsirindən asanlıqla çıxa bilmədiyim kitabları paylaşacağam.

Məni instagram sosial şəbəkəsindən də izləyə bilərsiniz: @romanlarda.yashayanlar

Əgər kitab seçimində sizə bir faydam olarsa, xoş halıma!

 

Sadiq Hidayət - Kor Bayquş

Yaralar var həyatda. Yalnız qaldıqda ruhu cüzam kimi içdən-içə yeyən və çürüdən yaralar. Düşünün yavaş-yavaş ruhunuz çürüyür. Və siz o qədər yalnızsınız ki, bunu heç kimə danışa bilmirsiniz.. Bu əsər müasir iran ədəbiyyatının parlaq nümunələrindən biridir. Əsərdə qorxu var, vahimə var. Yazıçı sanki, öz kabusunu yazıb. Kitabın içində olan hərkəs və hərşey eyni zamanda həm varlar, həm də yox. Kitabı oxuduqca, oxucu da özünü bu qorxulu kabusun bir parçası hesab edir.

 

 

 

Şamxal Həsənov - Səs və ya Qırmızı

Bəzən elə hekayələr olur ki, oxuduqca özünü onun bir parçası hesab edirsən. Hər oxuduğun sətri öz zehninin ən yaxşı yerində qoruyub saxlamaq istəyirsən. Səs və ya Qırmızı da belədir.
Yaxşı bəs Səs yoxsa Qırmızı? Bu sual indi mənasız səslənə bilər. Lakin kitabı oxuduqdan sonra məna qazanacaq. Artıq siz də öz səs və qırmızınızı tanıya biləcəksiniz.

 

Viktor Hüqo - Bir edam mahkumunun son günü

Təsəvvür edin. Yoxsul, bir adamsınız. Xəstə qızınıza çörək oğurlarkən, yanlışlıqla birini öldürürsünüz. Və cəzanız edamdır... Hakim sizə edam cəzası verir. Amma sizə əzab verən, edama məhkum olunmağınızı bilmək deyil, bu cür rəzil qanunlardır.... Bu cür qanunlar insana fiziki ağrıdan daha çox əzab verir.

Bu əsəri oxuduqdan sonra beyninizdə bir sual fırlanacaq.

Görəsən hansı daha dəhşətlidir, edama məhkum olunmaq yoxsa yaşamağa??

 

kaza_1806.jpg

Zülfü Livaneli- Serenad
Livanelinin oxuduğum əsərləri arasında ən duyğusalının bu əsər olduğunu rahatlıqla deyə bilərəm . Hətta 2021 ci ildə "The Boston Globe" qəzeti tərəfindən ilin ən sevilən kitabı olaraq seçilib.
Kitab həm çox duyğusal bir eşq hekayəsini həm də Türkiyənin keçmişini, siyasi və etnik məsələlərdə olan həssaslığını ələ alır.
Türkiyənin çox da uzaq olmayan keçmişi haqqında olan hissələri oxuyarkən də qətiyyən sıxılmasam da, kitabın eşq hekayəsi tərəfini daha çox bəyəndim 🙃
Türkiyədəki universitetlərdən birinə, çıxış etmək üçün qonaq gələn Alman əsilli bir professor onu qarşılmaqla vəzifələndirilmiş universitet əməkdaşı olan xanıma,öz eşq hekayəsini danışır. Almanyadan, Türkiyəyə qədər  uzanan 60 illik bu sevgi hekayəsi öz içində nələr,nələr barındırı. Öz dövrünün siyasi idarəetməsinə qarşı çıxmaqla başlayan bu eşq macərası, dərin sevgi və  romantizmlə davam edir, və dəhşətli bir ayrılıqla sonlanır. Amansız ayrılıq onların arasına girməmişdən əvvəl,  bizim professor sevdiyi xanımın musiqiyə qarşı olan həssazlığını bilir və onun üçün bir musiqi(Serenada) bəstələyir. Və kitab öz adını bu musiqidən alır.

Hamınıza xoş mütaliələr arzulayıram✨️💜

 

 

Lermontov_qapaq.png

Mixail Lermontov- Zəmanəmizin Qəhrəmanı 

27 yaşında dueldə öldürülmüş Lermontovun tək romanıdır "Zəmanəmizin Qəhrəmanı". Klassik bir əsər olsa da, çox axıcı və sürükləyicidir. Kitabımız Peçorin adlı bir antiqəhrəmanın həyat hekayəsini ələ alır. Qeyd etdiyim kimi, Peçorin bir antiqəhrəmandır, pis adamdır, əclafın biridir(Çox gömdüm, bu qədər gömmək niyyətim yox idi). Amma qəribə bir şəkildə insan onunla empatiya qura bilir. Elədiyi pisliklərə rəğmən, Peçorindən zəhləm gedir demək olmur.
Məncə elə müəllifin istədiyi də budur. Ona görə də, bu qədər pis bir adam olmasına baxmayaraq kitabın adı Zəmanəmizin Qəhrəmanıdır.
Peçorinin sevdiyim tərəfi, onun qaranlıq bir ruha sahib olmasıdır. Kitabda bunu bəzən dilə gətirsə də, oxuyarkən daha qaranlıq biri olduğunu hiss etmək olur. 
Ümumi olaraq kitabı bəyəndim.  Əgər çox yüksək gözlənti ilə başlamasanız, sizin də bəyənəcəyinizi düşünürəm.

Öncədən xoş mütaliələr ✨️💜

 

 

Товары, упомянутые в статье
4.79 AZN 5.99 AZN
Kor bayquş
шт
9.60 AZN 12 AZN
Səs və ya qırmızı
шт
3.99 AZN 4.99 AZN
Ölüm məhbusunun son günü
шт
4.39 AZN 5.49 AZN
Zəmanəmizin qəhrəmanı
шт
15.36 AZN 19.20 AZN
Serenad
шт