Oxumaqda olduğunuz bu kitab Yaxın Şərq tarixi üzərinə tənqidi bir araşdırmadan ibarətdir. Günümüzə qədər əhəmənilərlə (həxamənşilərlə) bağlı bütün qaynaqlar N.Purpirar tərəfindən şübhə altına alınmışdır. Fars milliyyətçiliyi mərkəzli İrani kimliyin tarixi əsasını təşkil etdiyi sanılan əhəmənilər dövlətinin necə qurulduğu incələnmişdir. Yaxın Şərqdə bu sülalənin yox etdiyi mədəniyyətlər haqqında bilgi verilməkdədir. Bu tarixi mərhələnin gizlin qatları ifşa edilməkdədir. Bu üzdən də İranda kitabın nəşri yasaqlandığı üçün xarici ölkələrdə yayılmışdır. Kitab Yaxın Şərq tarixi ilə bağlı yazılan bütün mənbələri sorğulamaqdadır. Orta Şərqin sərgüzəşti ilə maraqlanan oxucunun tarix şüurunda və tarix bilgilərində kitabın dərin təsir buraxacağı qaçınılmazdı.
Жанр:
Tarix
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Nаsir Purpirаr
Количество страниц:
296
язык:
Азербайджанский
Метка:
СКОРО!
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары