Virciniya Vulfun yaxın dostu, xarizmatik biseksual yazıçı Vita Sackville-West üçün yazdığı "Orlando" romanı əyləncəli, fantastik “saxta tərcümeyi-halı”dır.
Orlando, istədiyi zaman buqələmun kimi formasını, daha doğrusu cinsini və şəxsiyyətini dəyişən tarixi xarakterdir. O, həyatına kişi kimi başlayıb, qadın kimi davam edir. XVI əsrdə zadəgan ailəsində doğulub, bir neçə əsr tez yaşayıb, bir gecədə cinsiyyətini dəyişib və XX əsrin birinci yarısına qadın yazıçı kimi gəlib çatıb. Gəncliyində Kraliça ilə sevgili olur və İngiltərə kralı tərəfindən İstanbula səfir göndərilir. O, həm qaraçılar arasında yaşayır, həm də saraylarda.
Orlando müxtəlif şəxsiyyətlərdə görünür və dəyişən əhval-ruhiyyəsi və hərəkətləri ilə bizi həmişə təəccübləndirir.
Kitabın çapı və kağız keyfiyyəti çox yaxşıdır. Sifariş verərkən tərəddüd edirdim, amma indi daim buradan alacağam.
Zeynəb
22.01.2025 в 19:08
Kitabda yaradılan dünya çox maraqlı idi. Yazıçının təsəvvür gücünə heyran qaldım.
Namiq
11.01.2025 в 21:43
Əli və Ninodan sifariş vermək çox asandır. Kitab əla vəziyyətdə gəldi və oxumaqdan çox zövq aldım.
Səbinə
14.11.2024 в 21:01
Obrazlar və hadisələr o qədər gözəl təsvir olunmuşdu ki, əsəri oxuyarkən reallıqdan uzaqlaşdım.
Ofeliya Fərmanova
21.10.2024 в 19:14
Orlando oxuduğum ən yaxşı əsərlərdən biri oldu. Müəllifin dili çox təsir edicidir və oxucunu dərhal içərisinə çəkir. Hər kəsə məsləhət görürəm.
Qəmər Baxışova
15.10.2024 в 23:47
Əsrarəngiz bir əsərdir.
Ayaz
16.07.2024 в 20:02
Oxumaq olduqca maraqlı idi. Müəllifin dili çox sadə və təsirlidir.
Əsmər
14.07.2024 в 21:10
Bu kitab mənim fantaziya dünyama yeni rənglər qatdı. Hekayə çox maraqlı və təsirli idi. 👍👍👍👍
Seymur Rəhmanlı
19.05.2024 в 21:12
Oxumaqdan böyük zövq aldım. Möhtəşəm 👍👍👍.
Zəminə
11.01.2024 в 16:37
"Orlando" zaman və gender rolları arasında dolaşan qeyri-adi bir hekayə təqdim edir. Əsər Orlandonun həyatı boyu keçdiyi dəyişikliklərdən və tarixi dövrlərə uyğunlaşmasından bəhs edən ədəbi eksperimental yanaşmaya malikdir. Vulfun dildən istifadə zənginliyi və Onun xarakterinin bənzərsiz təkamülü oxuculara dərin bir intellektual təcrübə təqdim edir.
Cəbrayıl
01.01.2024 в 23:15
Mükəmməl, fantastik bir əsərdir.
Ümüd Səftərov
27.11.2023 в 19:29
Super romandır. Mütləq oxumaq lazımdır.
Nailə
12.11.2023 в 11:49
Əsərin kalitəsi kitabın üz qabığına baxanda artıq hiss olunur. Möhtəşəm əsər👍👍👍👍
Nəbi
08.11.2023 в 23:02
Dostumun mənə hədiyyəsidir. Oxudum və çox xoşuma gəldi.
Həcər Zamanlı
24.10.2023 в 23:36
Əsasən, klassik ədəbiyyat kitabları mənə insan psixologiyası və tarixi başa düşməkdə kömək etdi.
Allahyar Mətbuatov
13.02.2023 в 00:25
Bu yazarı hər kəs oxumalıdır. Yenə möhtəşəm bir kitab. Mən sevinirəm ki onun əsərləri bizim dilimizə tərcümə edilir.
İslam
21.01.2023 в 22:44
Bu vaxta kimi oxuduğum əsərlərdən tam fərqlidir.Qeyri-adi,tam başqa bir dillə yazılıb.Həm əyləncəli,həmdə maraqlıdır.Bitirməyimə az qalıb,əsərin qeyri-adi gücü var,adamı özünə cəzb edir