Ваша корзина пуста
Издательство: Qanun Nəşriyyatı
Автор: Boris Akunin
Доставляем заказы в Баку, регионы Азербайджана и страны мира!
ISBN: 9789952367584

Rus yazıçısı Boris Akuninin “Qara Şəhər” romanı Azərbaycan oxucusu üçün ikiqat maraqlı olacaq. Çünki əsərdə hadi­sələr Bakıda, Qara şəhərdə, Yasamalda, İçərişəhərdə, Bibi­heybətdə cərəyan edir.
Əsərdə köhnə Bakı təsvir edilir. Hiss olunur ki, müəllif o dövrü, Bakının ictimai-siyasi, demoqrafik durumunu, neft fəv­varələri ilə varlanmış şəxslərin təmtəraqlı həyatını yaxşı öyrənib.
Bundan başqa, əsərdə Bakının Rusiyanın ucqar bir əyalət şəhəri olduğu, burada yaşayan ermənilərlə azərbaycanlıların münasibətləri dolğun şəkildə təsvir olunub. 
Aydın olur ki, Bakı Rusiya imperiyasının ucqar şəhəri olsa da, buradakı həyat Moskva, Peterburq və Tiflisdəkindən də bahalıdır. Burada milyardlar dövr olunur, ona görə də istər imperiyanın özünün, istərsə də xarici dövlətlərin diqqət mərkəzindədir. O dövrdə yeni-yeni təşkilatlanan inqilabçı partiyalar da Bakıdakı milyonlardan öz nəsiblərini almaq, buradakı fəhlə sinfinin gücündən istifadə etmək istəyirlər. 
Əsərin qəhrəmanı Erast Petroviç Fandorin Bakıya bacarıqlı və ələkeçməz bir inqilabçı-terrorçunu zərərsizləşdirməyə gəlir və elə qatardan endiyi andan etibarən başına ardı-arası kəsilməyən macəralar gəlir. 
“Qara Şəhər” romanının ən maraqlı obrazlarından biri qoçu Qara Qasımdır. O, Fandorini ilk gündən son gününəcən müşayiət edir və sonda əsərin ən gözlənilməz personajı olduğu bilinir. 
Böyük ehtimalla əsərin rezümesi olaraq gəlinən qənaət heç bir tarixi sənədə əsaslanmır və sırf yazıçı təxəyyülünün məhsuludur, amma əsərdən belə anlaşılır ki, I Dünya müharibəsinin başlanmasının başlıca səbəbi Qara Qasımın bir hərəkəti olub. O bunu etməsə, dünya müharibəsinin qarşısı alınacaqmış...
Bunu bilməkdən ötrü “Qara Şəhər”i oxumaq lazımdır.

Код товара: 9789952367584
Метка: Bestseller
Жанр: Детектив/Detektiv
Издательство: Qanun Nəşriyyatı
Переплёт: Yumşaq
Автор: Boris Akunin
Количество страниц: 448

комментарии0

комментарии

Похожие товары

Yumşaq
Boris Akunin
9.99 AZN
Yumşaq
Boris Akunin
7.99 AZN
Yumşaq
Dan Brown
9.99 AZN
Yumşaq
Con Lee Carre
14.99 AZN
Yumşaq
Sidney Sheldon
11.90 AZN
Купить в один клик (Только для заказов по Баку)