Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart
−20%

Qara Şəhər

Publishing house: Qanun Nəşriyyatı
Author: Boris Akunin
SKU: 9789952367584
Unit of measurement: pcs.
11.12 AZN
13.90 AZN
Savings 2.78 AZN
Special online price
In stock

Rus yazıçısı Boris Akuninin “Qara Şəhər” romanı Azərbaycan oxucusu üçün ikiqat maraqlı olacaq. Çünki əsərdə hadi­sələr Bakıda, Qara şəhərdə, Yasamalda, İçərişəhərdə, Bibi­heybətdə cərəyan edir.
Əsərdə köhnə Bakı təsvir edilir. Hiss olunur ki, müəllif o dövrü, Bakının ictimai-siyasi, demoqrafik durumunu, neft fəv­varələri ilə varlanmış şəxslərin təmtəraqlı həyatını yaxşı öyrənib.
Bundan başqa, əsərdə Bakının Rusiyanın ucqar bir əyalət şəhəri olduğu, burada yaşayan ermənilərlə azərbaycanlıların münasibətləri dolğun şəkildə təsvir olunub. 
Aydın olur ki, Bakı Rusiya imperiyasının ucqar şəhəri olsa da, buradakı həyat Moskva, Peterburq və Tiflisdəkindən də bahalıdır. Burada milyardlar dövr olunur, ona görə də istər imperiyanın özünün, istərsə də xarici dövlətlərin diqqət mərkəzindədir. O dövrdə yeni-yeni təşkilatlanan inqilabçı partiyalar da Bakıdakı milyonlardan öz nəsiblərini almaq, buradakı fəhlə sinfinin gücündən istifadə etmək istəyirlər. 
Əsərin qəhrəmanı Erast Petroviç Fandorin Bakıya bacarıqlı və ələkeçməz bir inqilabçı-terrorçunu zərərsizləşdirməyə gəlir və elə qatardan endiyi andan etibarən başına ardı-arası kəsilməyən macəralar gəlir. 
“Qara Şəhər” romanının ən maraqlı obrazlarından biri qoçu Qara Qasımdır. O, Fandorini ilk gündən son gününəcən müşayiət edir və sonda əsərin ən gözlənilməz personajı olduğu bilinir. 
Böyük ehtimalla əsərin rezümesi olaraq gəlinən qənaət heç bir tarixi sənədə əsaslanmır və sırf yazıçı təxəyyülünün məhsuludur, amma əsərdən belə anlaşılır ki, I Dünya müharibəsinin başlanmasının başlıca səbəbi Qara Qasımın bir hərəkəti olub. O bunu etməsə, dünya müharibəsinin qarşısı alınacaqmış...
Bunu bilməkdən ötrü “Qara Şəhər”i oxumaq lazımdır.

ISBN:
9789952367584
Genre:
Detektiv
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Boris Akunin
Pages::
448
language:
Azerbaijani
Метка:
Bestseller, Ekspress
Product reviews 11
SQ
Səidə Quliyeva

Kitabın süjet xətti elə maraqlı idi ki, bir neçə günə oxuyub bitirdim. Oxuduqca hadisələrdə itirdim.

OR
Orxan

Bu kitabın hər hissəsində bir sirr var idi və bu sirrləri açmaq çox maraqlı oldu.

Vüqar
Kitabın çap keyfiyyəti və qablaşdırması mükəmməl idi. Buradan aldığım hər kitab oxumaq üçün ideal vəziyyətdə olur.
İA
İlqar Ayazov
Süjet xətti çox mürəkkəb və maraqlıdır. Müəllif məni daim maraqda saxladı və heç bir şey gözlədiyim kimi çıxmadı. Möhtəşəm bir əsərdir.
Vüsal
Həyəcanverici bir əsərdir.
5 / 5
5 stars 11 4 stars 0 3 stars 0 2 stars 0 1 star 0 No rating 0
Similar products
5.59 AZN 6.99 AZN
İblislərin ənənələri
pcs.
4.39 AZN 5.49 AZN
Mənim gözəl alibim
pcs.
7.99 AZN 9.99 AZN
Əgar sabah gələrsə
pcs.
9.59 AZN 11.99 AZN
Qara Volqa
pcs.
Frequently bought together
7.99 AZN 9.99 AZN
Aclıq oyunları
pcs.
8.79 AZN 10.99 AZN
Yaşıl Mil
pcs.
5.59 AZN 6.99 AZN
Mars xronikaları
pcs.
22.79 AZN 25.30 AZN
Kitab lampası - The Really Tiny Book Light-sky
pcs.
22.79 AZN 25.30 AZN
Kitab lampası - Really Tiny Book Light Blue
pcs.