F.M.Dostoyevski yaradıcılığı təkcə romanları ilə deyil, həm də hekayələri ilə məşhurdur. Yazarın gənclik illərində qələmə aldığı hekayələri, onların dramatik quruluşu, xarakterləri sanki gündəlik həyatdan birə-bir götürülmüş obrazlardır. Onların iç dünyasında özlərinə qarşı, həmçinin gündəlik həyatlarında həyata qarşı dilə gətirdikləri monoloq və dioloqlarda özümüzdən də izlər daşıdığını görə bilərik. Kitabda yazarın dörd hekayəsinə yer verilib: “Gülməli adamın yuxusu”, “Qartal”, “Timsah” və “Milad ağacındakı oğlan”. Bu hekayələrdə özünü öldürmək istədiyi gün gördüyü yuxu ilə dəyişən, bir anın içərisində iç dünyasını tamamilə həyata bağlaya bilən adamın hekayəsindən, həmçinin toplumdan, cəmiyyətdən uzaq düşən bir bilicinin gülünc rəsmini çəkən adamdan, bundan savayı kiçik şəhərdən Peterburqa gələn balaca bir uşağın kədərli hekayəsindən, qartal metaforu ilə insan həyatının necə rəsm edilməsindən söhbət açılır.
Bu kitab “Mücrü” nəşriyyatının “Zirzəmi” seriyasında nəşr edilmişdir.
ISBN:
9789952223231
Жанр:
Hekayə
Издательство:
Mücrü Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Fyodor Dostoyevski
Количество страниц:
80
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары